Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dövlət başçısı baş nazirin müavini barədə sərəncam imzaladı

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidAzərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı futbolla bağlı mühüm sərəncam imzaladı

BAKI, 7 may — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri Rövnəq Abdullayev isə Təşkilat Komitəsinin sədr müavini təyin olunublar.

Həmçinin Təşkilat Komitəsinə daxil olublar: 

Dostluq üçün futbol - Sputnik Azərbaycan
İDMAN
"Dostluq üçün futbol": Sağlam həyat tərzi təbliğ edilir

"Yusuf Məmmədəliyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Azad Rəhimov — Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Elmar Məmmədyarov — Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov — Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov — Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Şahin Mustafayev — Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov — Azərbaycan Respublikasının maliyyə naziri

Mikayıl Cabbarov — Azərbaycan Respublikasının vergilər naziri

Oqtay Şirəliyev — Azərbaycan Respublikasının səhiyyə naziri 

Futbol meydanına ayı - Sputnik Azərbaycan
Futbol oyununda ayı meydana girdi və...

Əbülfəs Qarayev — Azərbaycan Respublikasının mədəniyyət naziri

Ramin Quluzadə — Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Ceyhun Bayramov — Azərbaycan Respublikası təhsil naziri

Səfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Mədət Quliyev — Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüsal Hüseynov — Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi

Cahangir Əsgərov — “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Etibar Pirverdiyev — “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev — “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Anar Ələkbərov — Heydər Əliyev Mərkəzinin direktoru

Vüsal Kərimli — Bakı Nəqliyyat Agentliyinin direktoru 

Liverpul klubunun yarımmüdafiəçisi Məhəmməd Salah - Sputnik Azərbaycan
İDMAN
Müsəlman futbolçu hamıdan üstün oldu

Elxan Məmmədov — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici".

Sərəncama əsasən, futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub. Həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək tapşırılıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etçək tapşırığı verilib.

Xəbər lenti
0