Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Serbiyaya 17 döyüşçü göndərəcək

© Photo : Azərbaycan Milli Karate FederasiyasıAzərbaycan Milli Karate Federasiyasının rəhbərliyi Serbiyanın Novi Sad şəhərində 53-cü Avropa çempionatına yola düşən milli komandanın heyəti ilə görüşüb
Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi Serbiyanın Novi Sad şəhərində 53-cü Avropa çempionatına yola düşən milli komandanın heyəti ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Milli komandamız Avropa çempionatına bu idmançılarla qatılacaq

BAKI, 7 may — Sputnik. Azərbaycan Milli Karate Federasiyasının kollektivi 9-14 may tarixlərində Serbiyanın Novi Sad şəhərində 53-cü Avropa çempionatına yola düşəcək. Bu barədə Sputnik Azərbaycan-a Karata Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer liqa turnirində - Sputnik Azərbaycan
İDMAN
Karatenin "brilyantı" məğlub oldu

Federasiya prezidenti Yaşar Bəşirov qarşıdakı yarışda yüksək nəticə göstərməyin vacibliyini diqqətə çatdıraraq, karateçilərə bəslənən ümidlərin doğrulacağına inandığını bildirib. 17 idmançının qitə çempionatında iştirak etməsi məqbul sayılıb.

Fərdi yarışlarda Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək.

Komanda kumite yarışlarında Turqut Həsənov, Asiman Qurbanlı və Rafiz Həsənov da əsas heyətə qatılacaq. Qadınlar isə eyni heyətlə komanda çıxışlarında mübarizə aparacaq. Komanda kata yarışlarında Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət heyət tatamiyə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan Milli Karate Federasiyası heyətinin iştirakı Azərbaycan Respublikası Gənclər və İdman Naziriliyi və "Smart Scoring" şirkətinin dəstəyi ilə baş tutacaq.

Xəbər lenti
0