Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rus idmançının yenə bəxti gətirmədi

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidГонщик Сергей Сироткин
Гонщик Сергей Сироткин - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı pilot Azərbaycan Qran-prisində qəzaya uğrayıb

BAKI, 28 aprel — Sputnik. 2018 Formula 1 Azərbaycan Qran Prisinin üçüncü son sərbəst yürüşündə  qəza baş verib. Sputnik Azərbaycan xəbər verir ki, “Williams” komandasının pilotu Sergey Sirotkin dönmə hərəkətini düzgün yerinə yetirə bilməyib. Pilot idarəetməni itirərək bolidini baryerə çırpıb. Nəticədə maşın sıradan çıxıb. Marşallar dərhal müdaxilə edərək pilotu təxliyə ediblər. Bolid xüsusi texnika ilə trekdən kənarlaşdırılıb.

S.Sirotkin sərbəst yürüşü dayandırmağa məcbur olub. Onun bolidinin sıralanma turuna qədər yenidən təmir olub-olunmayacağı maraq doğurur.

Qeyd edək ki sıralanma turu bu gün saat 17:00-da başlayacaq.

Xəbər lenti
0