Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Əgər "Mercedes" olmasaydı..."

© Sputnik / Murad OrujovПодготовка к старту третьего сезона Гран-при Азербайджана Формула 1
Подготовка к старту третьего сезона Гран-при Азербайджана Формула 1 - Sputnik Azərbaycan
Abunə olmaq
Esteban Ocon: "Tamamilə Force İndia komandası üçün işləyirəm"

BAKI, 27 aprel — Sputnik. Formula 1 üzrə Azərbaycan Gran-Prisində iştirak edən "Force İndia" Formula 1 komandasının pilotu Esteban Ocon mediaya açıqlaması zamanı maraqlı fikirlər söyləyib. Sputnik Azərbaycan xəbər verir ki, "Mercedes" komandasının gənc yetirməsi olan Ocon keçən ildən "Force İndia" komandasında mübarizə aparır. Gənc pilot qısa zamanda göstərdiyi uğurlar nəticəsində diqqəti cəlb edə bilib.

Jurnalistlərin pilota "gələn il ""Mercedes" komandasına keçə bilərsiniz" sualına Esteban Ocon belə cavab verib: "Hər dəfə bu sualı mənə verirsiniz. Amma mənim bu suala cavab verə biləcək hüququm yoxdur. Axı bu qərarı mən vermirəm. Toto ilə bu məsələni danışmadım. Tamamilə "Force İndia" komandası üçün işləyirəm. Yaxşı uğurlar əldə etsəm, "Mercedes" komandasına keçmək şansım çox olacaq. Amma hal-hazırda "Force İndia" komandasını düşünürəm".

Pilot bildirib ki, Totodan aldığı dəstəyə görə çox xoşbəxtdir: "2015-ci ildə çox pis günlər keçirirdim. "Mercedes" komandası və Toto olmasaydı, bu gün mən burda olmazdım".

Xəbər lenti
0