12:10 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Футбольный мяч. Архивное фото

Məşhur futbol klublarının oyunu küçə davasına çevrildi

© Sputnik / Alexey Kudenko
İDMAN
Qısa URL
44 0 0

“Fənərbaxça”-“Beşiktaş” cavab görüşü yarımçıq dayandırılıb

BAKI, 20 aprel — Sputnik. Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Fənərbaxça” ilə “Beşiktaş” arasında keçirilən cavab görüşü yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb azarkeşlərin meydana kənar əşyalar atması olub.

İlk dəqiqələrdən aqressiv davranışları ilə diqqət çəkən fanatlar durmadan meydana kənar əşyalar atıblar. 57-ci dəqiqədə isə hədəfdə “Beşiktaş”ın ehtiyat oyunçular skamyası olub. Nəticədə başından xəsarət alan “ağ-qaralar”ın baş məşqçisi Şenol Günəş meydançanı tərk edib. Başı yarılan Günəşə dərhal ilkin tibbi yardım göstərilib və başına 5 tikiş qoyulub.

Oyunu yarımçıq dayandıran baş hakim Mete Kalkavan bir müddət köməkçiləri ilə birlikdə baş verənləri seyr edib. Lakin çox keçmədən referilər və futbolçular da koridorun yolunu tutublar. Ancaq paltardəyişmə otağına yollanan oyunçular stadionun tunelində əlbəyaxa həddinə gəliblər. 57-ci dəqiqədə hesab 0:0 olarkən Mete Kalkavan qarşılaşmanı təxirə salıb.

Qeyd edək ki, “Beşiktaş”ın müdafiəçisi Pepe görüşün 30-cu dəqiqəsində kobud hərəkətə görə qırmızı vərəqə almışdı. Komandalar arasında baş tutan ilk qarşılaşmada 2:2 hesablı bərabərlik qeydə alınıb.

Əlaqədar

Azarkeş arvadını futbol mərcində dostuna uduzdu…
Qayınanası futbol üzrə millinin qapıçısına əvvəl daş atdı, sonra isə atəş - VİDEO
Ekspert: “Dostluq üçün futbol” uşaqları birləşdirən mühüm layihədir”
Futbol yarışında kütləvi dava düşdü - VİDEO
"Dostluq üçün futbol" layihəsi təqdim ediləcək

Əsas mövzular