Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ulduz futbolçu görün hakimin ünvanına nə dedi

© REUTERS / Susana VeraBuffon
Buffon - Sputnik Azərbaycan
Abunə olmaq
Buffon hakimin ünvanına sərt ifadə işlədib

BAKI, 13 aprel — Sputnik. "Yuventus"la "Real Madrid"in son qarşılaşması haqqında müzakirələr bitmək bilmir. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, həlledici qarşılaşmada "Yuventus" birinci hissədə 3-0 hesab ilə qalib gəldiyi halda son saniyələrdə vurulan qol nəticəsində mərhələni keçə bilməyib. "Yuventus"un qapıçısı Buffon hakimin verdiyi penalti qərarına etiraz edən zaman qırmızı vərəqə alıb.

Hakim Mixail Oliverin bu qərarı ilə razılaşmayan Buffon onun ünvanına sərt ifadələr işlədib. O, hakimə kinayə ilə "sən özbaşına yeni qərarlar icad etməyində ol" deyib.  

Qeyd edək ki, oyunu 3:1 hesabı ilə qalib gələn "Yuventus" ümumi xalı çatmadığı üçün növbəti mərhələyə keçə bilməyib.

Xəbər lenti
0