Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionatlarının ən möhtəşəm qolu müəyyən edildi - VİDEO

© liga-fifa.ruMeksikalı Manuel Neqretenin Bolqarıstanın qapısına vurduğu qol
Meksikalı Manuel Neqretenin Bolqarıstanın qapısına vurduğu qol - Sputnik Azərbaycan
Abunə olmaq
Birincilik uğrunda braziliyalı Ederlə meksikalı Neqretenin qolları mübarizə aparıb

BAKI, 10 aprel — Sputnik. FİFA "dünya çempionatları tarixində ən yaxşı qol" müsabiqəsinə yekun vurub. Müsabiqə azarkeşlər arasında keçirilib. Sorğuda meksikalı Manuel Neqretenin 1986-cı ildə Bolqarıstanın qapısına vurduğu qol qalib gəlib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, azarkeşlərə dünya çempionlarının final mərhələlərində vurulmuş 32 qol təqdim edilib. Neqretenin məlum qolu birincilik uğrunda mübarizədə braziliyalı Ederin SSRİ yığmasının qapısına 1982-ci ildə vurduğu topu qabaqlayıb.

Manuel Neqrete sinəsi səviyyəsində uçan topa havada zərbə endirərək Bolqarıstanın qapısına qol vurub. Oyunun keçirildiyi "Asteka" stadionunda sonradan bu qola abidə qoyulub.


Xəbər lenti
0