Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Proqnoz verilməsinə başlanıldı: Qalib ölkə hansı olacaq?

© Sputnik / Rahim Muradov"Xəzər Lənkəran U-17" komandasının baş məşqçisi Ağadadaş Həmidov
Xəzər Lənkəran U-17 komandasının baş məşqçisi Ağadadaş Həmidov - Sputnik Azərbaycan
Abunə olmaq
"Fikrimcə, turnirin finalında Almaniya ilə Braziliya komandaları qarşılaşacaq"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. 2010-cu il 2 dekabrda keçirilən səsvermə nəticəsində qalib gələn Rusiya futbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək. 14 iyundan başlayaraq 15 iyula qədər davam edəcək böyük futbol bayramı bütün dünya futbolsevərlərinin, futbol mütəxəssislərinin, həmçinin bukmeyker şirkətləri və bukmeykerlərin əsas diqqətində olacaq. Hətta bu haqda indidən proqnozlar verənlər var.

Стелла с мячом возле стадиона Мордовия Арена в Саранске - Sputnik Azərbaycan
İDMAN
Futbol üzrə dünya çempionatının himni təqdim edilib - VİDEO

"Xəzər Lənkəran U-17" komandasının baş məşqçisi Ağadadaş Həmidov çempionatla bağlı öz fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.

A.Həmidov ilk olaraq onu vurğulayıb ki, qardaş Türkiyə millisi və 4 dəfə dünya çempionu olmuş İtaliya millisi çempionatda iştirak etməyəcək. Buna baxmayaraq, çempionat olduqca maraqlı keçəcək.

"Fikrimcə, Rusiya bu çempionatın təşkilinə yaxşı hazırlıq görüb. Turnirin keçiriləcəyi 12 stadion artıq hazırdır. Çempionatın açılışında da Rusiya nə isə yenilik edəcək və elə bilirəm ki, turnirdə iştirak edəcək millilər çempionatın təşkil edilməsindən narazı qalmayacaqlar" — deyə o bildirib.

© Sputnik / Rahim Muradov"Xəzər Lənkəran U-17" komandasının baş məşqçisi Ağadadaş Həmidov
Xəzər Lənkəran U-17 komandasının baş məşqçisi Ağadadaş Həmidov - Sputnik Azərbaycan
"Xəzər Lənkəran U-17" komandasının baş məşqçisi Ağadadaş Həmidov

A.Həmidov çempionatla bağlı ehtimallarını da bölüşüb: "Bildiyimiz kimi, çempionatda artıq 8 qrup var və bu qruplardan 1/16 mərhələsinə öz qrupunun birincisi və ikinciləri çıxacaq. Çempionatın ilk oyununda D qrupunun iki iştirakçısı Rusiya millisi Misir millisi ilə qarşılaşacaq. Bu oyunun favoriti kimi Rusiyanı görürəm. Çünki açılış oyunudur, həm də öz doğma meydanında və öz azarkeşləri qarşısında oynayacaqlar. Deyərdim, bütün güclərini ortaya qoyacaqlar ki, qalib gəlsinlər".

"Ümumiyyətlə Rusiyanın futbol üzrə hazırkı millisi çox güclənib və əvvəlki illərə nisbətən daha yaxşı oynayır. Düzdür, yoldaşlıq oyunlarında məğlubiyyətləri olub, amma mənim fikrimcə, Rusiya millisi bu çempionata fiziki cəhətdən daha yaxşı hazırlaşıb. Hazırda atletik oyun göstərirlər və buna görə də düşünürəm ki, ¼ final mərhələsinə kimi irəliləyəcəklər. Yəni A qrupunda ruslarla Uruqvay millisini növbəti mərhələdə görürəm" — o əlavə edib.

Eştoril və Porto arasındakı oyun zamanı - Sputnik Azərbaycan
İDMAN
Futbol çempionatında qeyri-adi olay

Müsahibimiz onu da bildirib ki, Türkiyə millisinin çıxış etməyəcəyinə və ölkəmizə yaxın olduğuna görə Rusiya millisinə azarkeşlik edəcək.

Onun fikrincə, B qrupunun oyunları da maraq kəsb edəcək və çətin olacaq: "Bu qrupda İran ilə Mərakeş millisinin o qədər də maraqlı qarşılaşması olmasa da, İspaniya millisinin Portuqaliya ilə oyunu böyük marağa səbəb olacaq. Bu iki komanda arasında baş tutacaq matça bir az çətin oyun deyə bilərik. Çünki birinci oyundur, hər iki komanda ola bilər ki, ehtiyatlı oynasınlar".

"Bu qrupun digər millisi İran da əvvəlki illərə nisbətən güclü oyun göstərir. Deyərdim, İran çempionatın sürpriz komandası olacaq və güclü rəqiblərə başağrısı ola bilər" — o vurğulayıb.

Baş məşqçi B qrupunun favoritləri kimi İspaniya ilə Portuqaliya millilərini görür və düşünür ki, bunlar növbəti mərhələyə adlaya biləcəklər. C qrupunda isə Avstraliya, Danimarka, Fransa və Peru milliləri arasından Avropadan olan yığmalar növbəti mərhələyə adlaya biləcəklər.

A.Həmidovun qənaətincə, Danimarka ilə Fransa arasında keçiriləcək oyun maraqlı alınacaq: "D qrupunda isə Argentina ilə İslandiya millisinin oyununun maraqlı olacağını gözləyirəm. İslandiya çox yaxşı təşkil olunmuş komandadır, sona qədər gücünü qoyacaq. Bunun özümüz də keçirilən son turnirlərdə şahidi olduq. Argentina üçün bu oyun heç də asan olmayacaq. Lakin Avropa futbol klublarına diqqət yetirsək, görərik ki, ən güclü klublarda Argentina millisinin futbolçuları top qovular".

Футбольное поле, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Futbol üzrə dünya çempionatı yeni qayda ilə keçiriləcək

Xatırladaq ki, 2014-cü il FİFA-nın Dünya Kubokuna ev sahibliyi edən Braziliya millisinin gözlənilənlərin tam əksinə olaraq öz doğma meydanında olduqca aşağı səviyyəli oyun göstərdi. Braziliya futbolu tarixində Milli komanda yeganə 1-7 hesablı məğlubiyyətini Almaniya millisi ilə oyunda aldı. Bu turnirin çox maraqlı keçəcəyini gözləyən A.Həmidov Rusiyada keçiriləcək mötəbər turnirdə fərqli Braziliya millisini görəcəyini deyir.

"Bu dəfə çox fərqli olmalıdır. Braziliyanın yoldaşlıq oyunlarına baxmışam, bu il onlar çox güclü oynayırlar. Son dünya çempionatında çıxış edən Braziliya millisinin oyunu ilə bu il çıxış edəcək milli arasında yerlə göy qədər fərq var" — deyib baş məşqçi.

Həmsöhbətimiz Almaniya ilə Braziliya milliləri arasında isə daha çox Almaniya millisinə azarkeşlik etdiyini qeyd edib: "Biz məşqçilik üzrə kateqoriya imtahanı verəndə bizdən imtahanı Alman futbol mütəxəssisləri götürüblər. Alman millisi sürətli və əks hücuma bel bağlayan komandadır və meydanın rəqibə aid hissəsində xoşbəxtliyini axtarırlar. Bu komandada nizam-intizam çox yüksək səviyyədədir. 90 dəqiqə ərzində, yəni final fiti səslənənə qədər komanda oyun nizam-intizamını pozmur. Əvvəlki çempionatlarda da bunun necə bəhrə verdiyini görmüşük".

Baş məşqçidən Azərbaycan millisinin gələcəkdə belə yüksək səviyyəli turnirlərdə iştirakı barədə fikrini də öyrəndik. O, hələ ki, bu barədə çox ümidli olmadığını bildirdi: "Uşaq futbolunun məşqçisi kimi deyə bilərəm ki, ildən-ilə uşaq futbolunda inkişaf var. Amma Azərbaycan millisinin Avropa birinciliyi və ya dünya çempionatında iştirak etməsi üçün azərbaycanlı futbolçularımız legioner həyatı yaşamalıdırlar. Bizim futbolun axsadığı məqam məhz bu məqamdır".

Futbol üzrə dünya çempionatının Kubokunun əsli İlham Əliyevə təqdim edilib - Sputnik Azərbaycan
Futbol üzrə dünya çempionatının Kubokunun əsli Prezident İlham Əliyevə təqdim edilib

A.Həmidov ümid edir ki, futbol üzrə milli komandamız gələcəkdə yüksək səviyyəli turnirlərdə iştirak edə bilər: "2020-ci il Avropa Çempionatında çətin ki, mümkün olsun. Ancaq futbolçularımıza sırf peşəkar futbol həyatını yaşamağı öyrədə bilsək, gələcəkdə növbəti beynəlxalq turnirlərdə ola bilsin ki, millimiz iştirak etsin".

"Çünki bu turnirlərdə komandaların da sayını artırıblar. Bir də onu xüsusilə vurğulayım ki, seçmə mərhələsi səbətlərindən də çox şey asılıdır. Burada artıq bəxt amili də rol oynayır" — o əlavə edib.

Xəbər lenti
0