Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanda idman federasiyasına yeni prezident seçildi

© Sputnik / Terane KhudabakhshiyevaQüdrət Nuriyev
Qüdrət Nuriyev - Sputnik Azərbaycan
Abunə olmaq
Qüdrət Nuriyev Alpaqut Federasiyasının prezidenti seçilib

BAKI, 7 aprel — Sputnik. Bu gün Azərbaycan Alpaqut Federasiyasının qurultayı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, qurultayı giriş sözü Beynəlxalq Alpaqut Federasiyasının vitse-prezidenti Araz Abdullayev açıb.

Abdullayev bu idman növünün Azərbaycanda tanınmasından danışıb. Daha sonra söz Alpaqut döyüş sənətinin müəllifi, beynəlxalq dərəcəli idman ustası Vasif Namazova verib. O Alpaqut Federasiyasının bu günə kimi keçirdiyi tədbirlər, əldə etdiyi uğurlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra qurultayda federasiyanın prezidenti seçilib. Bu vəzifəyə yekdilliklə Qüdrət Nuriyev seçilib.

Xəbər lenti
0