05:44 20 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Real Madrid klubunun oyunçuları, arxiv şəkli

"Real Madrid" beynəlxalq uşaq kubokunun qalibi oldu

© AP Photo / Christophe Ena
İDMAN
Qısa URL
21 0 0

Proqramın müxtəlif ölkələrdən olan yeniyetmə iştirakçıları yekdilliklə bu komandanı "ilin ən sosial məsuliyyətli klubu" seçiblər

BAKI, 6 aprel — Sputnik. “Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramının yeniyetmə iştirakçıları unikal mükafat — "Doqquz Dəyər" Kubokunun qalibi olacaq peşəkar futbol klubunu müəyyən ediblər.

Proqramın təşkilatçılarının Sputnik Azərbaycan-a bildirdiklərinə görə, bu il mükafat İspaniyanın "Real" (Madrid) klubuna qismət olub. Proqramın müxtəlif ölkələrdən olan yeniyetmə iştirakçıları yekdilliklə bu komandanı "ilin ən sosial məsuliyyətli klubu" seçiblər.

Mükafatlandırma aprelin 4-də İspaniyanın “Santyaqo Bernabeu” stadionunda həyata keçirilib. “Dostluq üçün futbol”proqramının gənc səfirləri mükafatlandırma üçün Madridə gediblər. 

Bu günlərdə İtaliyada Rusiyadan Albert Zinnatov və Timofey Yevstiqneyev, İspaniyadan Pol Poiq Montana, İtaliyadan Nikola Postilyone, həmçinin Niderlanddan Emmeke Xenşey “Qazprom”un Direktorlar Şurasının sədri Viktor Zubkovla görüşərək “Real Madrid”ə "Doqquz Dəyər" Kubokunu vermək üçün diplom imzalayıblar.

Qazprom” QSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Forumun iştirakçıları səkkiz dəyəri bunlardır: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlük. Proqramda gənc futbolçular (qızlar və oğlanlar, hətta fiziki qüsurlu gənclər), “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi çərçivəsində gənc jurnalistlər iştirak edir. Son 5 il ərzində proqramda 3,7 mindən çox uşaq iştirak edib.

“Doqquz Dəyər" Kuboku dünyada yeganə idman mükafatıdır ki, onun sahibini uşaqlar təyin edir. Biz “Dostluq üçün futbol”u dünyadakı bütün uşaqların səsinin eşidilə biləcəyi meydança olaraq yaratdıq. Şadıq ki, bu il uşaqlar bütün qitələrdən olan 200-dən artıq ölkəni təmsil edəcəklər” — Zubkov deyib.

Rusiyanın Madriddəki diplomatik nümayəndəliyinin rəhbəri Sergey Razovun dediyinə görə, İtaliya Dünya Çempionatı-2018-də iştirak etməsə də, ölkə “Dostluq üçün futbol” tədbirlərinin final mərhələsində olacaqk. "İtaliya artıq 5-ci mövsümdür ki, proqramı dəstəkləyir. Hətta Milandakı tədbirdə də iştirak edib. Bunu Rusiya-İtaliya münasibətlərinin inkişafına töhfə verəcək sərvət kimi dəyərləndirirəm”, — Razov bildirib. 

“Real Madrid Foundation 1998-ci ildə yaradılıb və 20 il ərzində ailə vəziyyəti zəif olan 800-dən çox qız və oğlanları cəmiyyətə inteqrasiya etmək məqsədilə idmana cəlb edib. Hazırda fond dünyada 450-dən çox idman layihələrini həyata keçirir. Biz Rusiya da daxil, 77 ölkədə çalışırıq. Doqquz Dəyər Kuboku kimi mükafatı almaq bizimçün şərəfdir. Məhz uşaqlar “Real Madrid”i seçib, Fond isə onların parlaq gələcəyi üçün çalışır”, — deyə “Real Madrid”in vitse-prezidenti Enrike Sançes bildirib.

Xatırladaq ki, bu günədək “Barselona” (İspaniya, 2015-ci il), “Bavariya” (Almaniya, 2016-cı il), “Əl-Vahda” (Suriya, 2016-cı il), “Real Madrid” (İspaniya, 2017-ci il) kimi klublar "Doqquz Dəyər" Kubokuna sahib olublar.

Bu il baş tutacaq proqram 211 ölkə və regionu öz ətrafında birləşdirəcək. Tədbirin finalı Moskvada 8-15 iyun tarixlərində keçiriləcək.

Sputnik Azərbaycan “Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramının informasiya tərəfdaşıdır.

Əlaqədar

Ekspert: “Dostluq üçün futbol” uşaqları birləşdirən mühüm layihədir”
Futbol yarışında kütləvi dava düşdü - VİDEO
"Dostluq üçün futbol" layihəsi təqdim ediləcək
"Dostluq üçün futbol"da Azərbaycanı kim təmsil edəcək
Futbol üzrə dünya çempionatının himni təqdim edilib - VİDEO

Əsas mövzular