07:47 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Şahdağ peşəkar futbol klubunun baş məşqçisi Kamran Əlibabayev

Soyuq ölkədə "isti" yay: Maraqlı proseslər bizi gözləyir

© Foto : "Şahdağ" PFK mətbuat xidməti
İDMAN
Qısa URL
42410

Kamran Əlibabayev: "Skandinaviya ölkələrindən hansısa biri bizləri təəccübləndirə bilər"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. İyunun 15-də start götürəcək futbol üzrə dünya çempionatına artıq az vaxt qalıb. 4 illiyin ən böyük turniri bu dəfə bizə çox yaxın ölkədə – qonşu Rusiyada keçiriləcək.

Mundialın harada baş tutmasından asılı olmayaraq, dünyanın ən güclü yığmalarının mübarizə apardığı yarışa həmişə böyük maraq olub. Qusarın "Şahdağ" peşəkar futbol klubunun baş məşqçisi Kamran Əlibabayev Sputnik Azərbaycan-a açıqlamasında qarşıdan gələn çempionat barədə fikirlərini bölüşüb.

Şahdağ peşəkar futbol klubunun baş məşqçisi Kamran Əlibabayev
© Foto : "Şahdağ" PFK mətbuat xidməti
"Şahdağ" peşəkar futbol klubunun baş məşqçisi Kamran Əlibabayev

O, dünya çempionatının çox maraqlı keçəcəyinə inandığını bildirib: "Bir-birindən maraqlı oyunlar bizi gözləyir desəm, yanılmaram. Futbol həmişə öz sürprizləri ilə seçilən komanda oyunudur".

K.Əlibabayevin fikrincə, çempionatda Skandinaviya ölkələrindən hansısa biri bizləri təəccübləndirə bilər: "Özüm Danimarka yığmasına azarkeşlik edəcəyəm. Dünya çempionatında iddialı komandalar çox olsa da, düşünürəm ki, 4 il öncə olduğu kimi, bu dəfə də finalda Argentina və Almaniya milliləri oynaya bilər".

Əlibabayev "Görəsən şimal qonşumuz bu cür nəhəng turnirin təşkilatçılığının öhdəsindən necə gələcək?" sualımızı da cavablandırıb. Qeyd edib ki, Rusiyanın artıq bu yöndə müəyyən təcrübəsi var.

Kamran Əlibabayev Şahdağ futbol klubunun məşqləri zamanı
© Foto : "Şahdağ" PFK mətbuat xidməti
Kamran Əlibabayev "Şahdağ" futbol klubunun məşqləri zamanı

"2014-cü ildə Soçidə Qış Olimpiadasını yüksək şəkildə keçirən bir ölkə çox güman ki, bu işin də öhdəsindən gələcək. Çünki artıq buna oxşar təcrübələri var".

Mundialın finalını stadiondan canlı izləmək əksər futbol fanatlarının ən böyük arzularından biridir. Amma maraqlıdır ki, Kamran Əlibabayev bu fikirdə deyil. O, yarışları televiziyadan izləməyə üstünlük verir.

"Əlbəttə, çalışdığım qədər bütün oyunları izləyəcəm, eləcə də finalı, amma televiziyadan. Stadiondan finala baxanda oynanılan futboldan həzz almaq mümkün deyil. Ona görə həlledici qarşılaşmanı televiziyadan izləməyi məsləhət görərdim", — müsahibimiz bildirib.

Əlaqədar

Ekspert: “Dostluq üçün futbol” uşaqları birləşdirən mühüm layihədir”
Tanınmış futbolçunun başına eyvandan daş düşdü, öldü
Topla zərbə futbolçunu oyun zamanı öldürdü - VİDEO
Futbol yarışında kütləvi dava düşdü - VİDEO
Məşhur futbolçunun toyuna Ərdoğan da gəldi və görün nələr yaşandı
Teqlər:
"Şahdağ" peşəkar futbol klubu, Kamran Əlibabayev, iyun ayı, dünya çempionatı, ölkə, Rusiya, komanda, yarış, futbol

Əsas mövzular