Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Boksçular bu dəfə rinqdən kənarda dalaşdılar - VİDEO

© Photo : REPORTBoks üzrə Avropa çempionatı
Boks üzrə Avropa çempionatı - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa çempionatının finalında Türkiyə və Gürcüstan boksçuları arasında kütləvi dava düşüb

BAKI, 2 aprel — Sputnik. Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatının finalında Azərbaycan və Türkiyə təmsilçilərinə qarşı haqsızlıq edilib.

"Report"un məlumatına görə, hər iki halda onlar yerli və gürcüstanlı rəqibləri qarşısında məğlubiyyətə uğradılıblar.

Qitə birinciliyinin finalında 56 kq. çəki dərəcəsində Azərbaycan millisinin üzvü Tayfur Əliyev meydan sahibi Robert Jitaru, 64 kq. çəki dərəcəsində Türkiyə boksçusu Tuğrulhan Erdemir gürcü Laşa Gurulidən üstün mübarizə aparmalarına, eləcə də raundlarda inamlı çıxış etmələrinə baxmayaraq, hakimlər hər iki idmançıya qarşı haqsızlıq edərək boksçuları qızıl medalın bir addımlığında büdrədiblər. Nəticədə sonuncu cütlüyün final döyüşündən sonra İdman Sarayında türk və gürcü boksçular arasında yaranan insident qısa zamanda davaya çevrilib. Təhlükəsizlik əməkdaşlarının köməkliyi nəticəsində yaranmış gərgin vəziyyət aradan qaldırılıb.

Xəbər lenti
0