Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dövlət qurumlarının işçiləri məcburən səhər idmanı etməli olacaqlar

Abunə olmaq
Abdullazadənin sözlərinə görə, səhər idmanının təşəbbüskarı Tacikistan prezidentinin İcra aparatıdır

BAKI, 13 mart — Sputnik. Tacikistanın bütün dövlət idarə, müəssisə və təşkilatlarının əməkdaşları şənbə günləri səhər idmanı etməli olacaqlar. Sputnik Tacikistan bildirir ki, bu barədə ölkənin Gənclər və idman məsələləri üzrə dövlət komitəsinin sədri Ədhəm Abdullazadə məlumat verib.

"Tacikistan prezidentinin İcra aparatının təsdiq etdiyi tədbirlər planına əsasən, səhər idmanı ilin sonunadək ölkənin bütün şəhər və rayonlarında keçiriləcək" — o bildirib.

Abdullazadənin sözlərinə görə, səhər idmanının təşəbbüskarı Tacikistan prezidentinin İcra aparatıdır.

Xəbər lenti
0