Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

F1 simulyator çempionatının sonuncu finalçısı bəlli olub

© Photo : BŞH mətbuat xidməti“Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının Quba yarışı
“Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının Quba yarışı - Sputnik Azərbaycan
Abunə olmaq
Çempionatın sonuncu yarışında şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov Bakı Şəhər Halqasını 1 dəqiqə 49 saniyəyə dövrə vuraraq ən sürətli nəticə göstərib

BAKI, 12 mart — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı əsasında regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının Quba yarışı baş tutub.

Çempionatın sonuncu yarışında şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov Bakı Şəhər Halqasını 1 dəqiqə 49 saniyəyə dövrə vuraraq ən sürətli nəticə göstərib.

Final yarışına vəsiqə qazanan F.İslamov qalibiyyəti haqqında belə danışıb: “İlk başda bu yarışda 1-ci yer tutacağıma inanmırdım. Tədbirin ilk günü gəlib sınaq yürüşləri etdim. Bu məşqlərdə sürətli nəticə əldə etdim və məndə qələbə qazanacağıma böyük ümid yarandı. 

Birinci dəfə sürəndə döngələrdə, xüsusən də finişdən əvvəlki son döngədə çətinlik çəkirdim. Məşqlərə davam edərək bu çətinlikləri aşdım və 1 dəqiqə 48 saniyəlik ən sürətli nəticəyə nail oldum.

© Photo : BŞH mətbuat xidməti“Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının Quba yarışı /
“Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının Quba yarışı / - Sputnik Azərbaycan
“Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının Quba yarışı /

Yarış günü bu nəticəni təkrarlaya bilməsəm də inanıram ki, Bakıda bundan daha yaxşı nəticə göstərərək orada da qalib gələcəyəm”.

Tədbirin təşkilatçılığında yaxından iştirak etmiş Quba Rayon Təhsil Şöbəsinin metodisti Vüqar İmaməliyev bu çempionatın regionda gənclər arasında Formula 1 yarışına böyük maraq yaradacağını bildirib: “Belə bir yarışın Qubada keçirilməsi bizim üçün çox sevindirici haldır. Gənclərimiz bu tədbirdə iştirak edərək Formula 1 barəsində ətraflı şəkildə məlumatlanırlar, yol hərəkətinin təhlükəsizliyi qaydaları ilə yaxından tanış olurlar və həmçinin dəqiqlik və mübarizə əzmi kimi zəruri xüsusiyyətlərə yiyələnirlər. 

Sürətli və enerjili olmaq istəyən gənclərimiz yüksək fəallıqla bu yarışda iştirak etdilər və gərgin mübarizə ilə dolu yarışda böyük əzm ortaya qoydular. İnanıram ki, bu tədbir onlarda avtoidmana qarşı böyük maraq yaradacaq və onlar Formula 1 yarışlarını böyük həvəslə izləyəcəklər”.

Azərbaycanda ilk dəfə keçirilən simulyatorda Formula 1 çempionatında 6 region – Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Quba təmsil olunub. Tədbirin ilk günü simulyatorlar şəhər sakinlərinin istifadəsi üçün açıq olub. Eyni zamanda AAF mütəxəssisləri şəhərin tam orta mətkəblərinin 9-11-ci sinif şagirdləri üçün yol hərəkətinin təhlükəsizliyinə dair seminar veriblər. Hər regionda seminarda iştirak etmiş 200-dək yuxarı sinif şagirdi növbəti gün baş tutmuş yarışda qalibiyyət uğrunda gərgin mübarizə aparıb.

Martın 19-da Bakıda keçiriləcək final yarışına vəsiqə qazanan regional qaliblərin yarış nəticələri belədir:

Fərid İslamov (1:49:083) – Quba şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi

Aqşin Əhmədov (1:49:043) – Qax şəhər 5 saylı tam orta məktəbin 11-ci sinif şagirdi

Xası İsgəndərli (1:51:152) – Mingəçevir şəhər 16 saylı tam orta məktəbin 9-cu sinif şagirdi

Hüseyn Eyvazov (1:50:468) – Horadiz şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi

Gülağa Abdullayev (1:50:106) – Şirvan şəhər 18 saylı tam orta məktəbin 9-cu sinif şagirdi

Azər Məmmədli (1:49:206) – Lənkəran şəhər 10 saylı tam orta məktəbin 9-cu sinif şagirdi


Xəbər lenti
0