Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Atletiko"dan mühüm "Qarabağ" etirafı

© Sputnik / Murad OrujovФутбольный матч Карабах – ПАОК (Греция)
Футбольный матч Карабах – ПАОК (Греция) - Sputnik Azərbaycan
Abunə olmaq
"Atletiko"nun futbolçusu Çempionlar Liqasının qrupundan "Qarabağ"a görə çıxa bilmədiklərini etiraf edib

BAKI, 3 mart — Sputnik. "Biz "Qarabağ"la 2 oyunumuzun nəticəsində Çempionlar Liqasının qrupunda qalası olduq".

"Report" xəbər verir ki, bunu İspaniya "Atletiko"sunun futbolçusu Filipe Luis "Marca"ya müsahibəsində deyib. 33 yaşlı müdafiəçi bildirib ki, bu mövsüm Çempionlar Liqasının C qrupunda Azərbaycan komandası ilə hər iki görüşdə qalib gəlməyin yolunu tapa bilməyiblər. Lakin o, İtaliyanın "Roma" və İngiltərənin "Çelsi" komandalarına qarşı əla oynadıqlarını vurğulayıb. Braziliyalı legioner Çempionlar Liqasında mübarizəni dayandırmalarından dərs çıxardıqlarını söyləyib: "Komandamız 1/8 finala vəsiqə qazanmağa layiq olduğunu anlayırdı. Lakin Çempionlar Liqası səddini keçə bilməməyimizi də normal qəbul etmişik. İndi Avropa Liqasında mübarizəni davam etdiririk. Bunu özümüzə bir çağırış hesab edirik. Çempionlar Liqası həyəcanı geridə qaldı. Bu, hamı üçün ağırdır, amma faciəni üzərimizdən atmaq üçün özümüzdə güc tapa bilmişik".

Qeyd edək ki, "Atletiko" "Qarabağ"la Bakıdakı görüşdə 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib. C qrupunu 7 xalla başa vuran İspaniya komandası 3-cü yeri tutduğu üçün mübarizəni Avropa Liqasında davam etdirir. 

Xəbər lenti
0