Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Basketbolçu komanda yoldaşına: "Anana sahib çıx"

© REUTERS / Russ Isabella-USA TODAY SportsHouston Rockets və Utah Jazz komandaları arasında oyun
Houston Rockets və Utah Jazz komandaları arasında oyun - Sputnik Azərbaycan
Abunə olmaq
Basketbol oyununda qayda pozan komanda cərimələndi

BAKI, 27 fevral — Sputnik. Milli Basketbol Asssosiasiyasında Houston Rockets və Utah Jazz komandaları arasında oyunda baş verənlər idmançıları şoka salıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vivint Smart Gome Arenasında baş tutan qarşılaşmada Houston Rockets 96-85 hesabı ilə qalib gəlirmiş. Bu zaman meydançadan kənarda əyləşən bir qadın qəfil ayağa qalxaraq idmançıya sevincinə şərik olmaq üçün sevincini gizlədə bilməyən basketbolçu Kris Polla əl toqquşdurub. Bu hərəkət oyunun qaydalarına zidd olduğu üçün hakim hücum şansını rəqib komandaya verib.

Oyundan sonra bilinib ki, həmin qadın idmançının komanda yoldaşı James Hardenin anası Monja Vills olub. Sosial şəbəkədə hadisəni şərh edən Pol komanda yoldaşına "Harde, anana sahib çıx" yazıb. Harden də cavabında "Anam səni yandırdı" yazıb.

Xəbər lenti
0