04:21 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
İDMAN
Qısa URL
312 0 0

Qarışıq növlər döyüşçüsü Moskvadakı qələbəsini öz vətəni və xalqına həsr edib

BAKI, 22 fevral — Sputnik. Qarışıq növlər döyüşçüsü Taleh Nəcəfzadə qələbəsini doğma respublikasına və xalqına həsr edib.

O, bunu Sputnik Azərbaycan-a döyüş ərəfəsində deyib.

Onun rusiyalı Vitali Slipenko ilə təkbətək döyüşü fevralın 22-də Moskvada M-1 Global turnirində olacaq.

Otuz yaşlı azərbaycanlı qarışıq döyüş növləri üzrə respublika çempionudur. O, keçirdiyi 9 döyüşdən 6-sında qalib gəlib. May ayında keçirilən yarışda Andrey Frolova qarşı döyüşərkən zədə alıb və bərpa olunmağa xeyli müddət sərf edib.

  • Qarışıq növlər döyüşçüsü Taleh Nəcəfzadə
    Qarışıq növlər döyüşçüsü Taleh Nəcəfzadə
    © Sputnik
  • Qarışıq növlər döyüşçüsü Taleh Nəcəfzadə və Vitali Slipenko
    Qarışıq növlər döyüşçüsü Taleh Nəcəfzadə və Vitali Slipenko
    © Sputnik
  • Qarışıq növlər döyüşçüsü Taleh Nəcəfzadə və Vitali Slipenko
    Qarışıq növlər döyüşçüsü Taleh Nəcəfzadə və Vitali Slipenko
    © Sputnik
1 / 3
© Sputnik
Qarışıq növlər döyüşçüsü Taleh Nəcəfzadə

Mübarizədən bir gün əvvəl, Nəcəfzadə və Slipenko turnirin qaydalarına görə, tərəziyə çıxıblar. Rəqiblərin çəki dərəcələri 84 kq-a uyğun gəlib. Çəkiləndən sonra "azərbaycanlı termionator" Sputnik-in müxbiri ilə söhbət edib.

Nəcəfzadə öz ləqəbini qorumaqdadır. O, özünə əminliyini və sakitliyini davam etdirir. Onun sözlərinə görə, zədəsi karyerasına təsir etməyib: "Müalicə olundum, yenə meydandayam!".

Azərbaycanlı hesab edir ki, vətənində qarışıq növlər döyüşü yaxşı inkişaf edib və ildən-ilə daha da populyarlaşmaqdadır. Nəcəfzadə özünün mümkün qələbəsini respublikamıza hədiyyə edəcək: "Qələbəmi xalqıma və vətənimə həsr edirəm. Biz pul üçün döyüşmürük. Biz öz şərəfimiz və xalqımız naminə döyüşürük".

Taleh Nəcəfzadə ilə Vitali Slipenkonun təkbətək döyüşü fevralın 22-də Moskvanın "Olimpiya" idman kompleksində keçiriləcək.

Əlaqədar

Daha bir idmançımız dopinqdə "ilişdi"
İdmançılarımız İrandan zəfərlə döndülər
Azərbaycanda tanınmış idmançının evi qarət edilib
Azərbaycanlı idmançıya sərt cəza: 4 illik qadağa
Olimpiadada Azərbaycanı təmsil edəcək yeganə idmançı: O, kimdir?

Əsas mövzular