17:34 06 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
223110

Orxan Hüseynzadənin istefası qəbul olunub, kluba yeni prezident təyin olunub

BAKI, 16 fevral — Sputnik. "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib. Sputnik Azərbaycan "Neftçi"-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Orxan Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib.

O.Hüseynzadənin istefası qəbul olunub. Kluba yeni prezident təyin olunub. Bu gündən etibarən Kamran Quliyev "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra edəcək.

K.Quliyev indiyədək "Sumqayıt" Futbol Klubunun prezidenti vəzifəsini icra edirdi. O, yeni təyinatla əlaqədar bu gün tutduğu vəzifədən istefa verib.

Əlaqədar

Azərbaycanda gözlənilməz istefa
Qızıl tapançanın izi ilə: Dağıstan hökuməti istefaya göndərildi
BMT-də gözlənilməz istefa
Avropa ölkəsinin baş naziri istefa verdi
Səfir Trampa etiraz olaraq istefa verdi
Teqlər:
"Sumqayıt" Futbol Klubu, Kamran Quliyev, Orxan Hüseynzadə, "Neftçi" Peşəkar Futbol Klubu, vəzifə, prezident, istefa

Əsas mövzular