Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ronaldu tarixi rekorda imza atdı

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidPortuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu
Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu - Sputnik Azərbaycan
Abunə olmaq
O, 117 qolla turnir tarixinin ən yaxşı bombardiridir

BAKI, 15 fevral — Sputnik. Madridin "Real" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasında bir kulubun heyətində 100 qol vuran ilk futbolçu kimi tarixə düşüb.

“Report” xəbər verir ki, onun ən yaxın izləyicisi olan "Barselona"nın futbolçusu Lionel Messinin hesabında 97 qol var.

Çempionlar Liqasının 1/8 finalında "Real" və Fransanın PSJ komandaları arasında keçirilən matçda 33 yaşlı Ronaldu dubl edib.

Portuqaliyalı futbolçuya bu nailiyyəti əldə etmək üçün 95 oyun lazım gəlib. O, İngiltərənin "Mançester Yunayted" klubundan "Real"a 2009-cu ilin yayında keçib.

Çempionlar Liqasında onun hesabında ümumilikdə 117 qol var. Ronaldu turnir tarixinin ən yaxşı bombardiridir.

Ronaldu həmçinin 7 mövsüm ardarda Çempionlar Liqasında ən azı 10 qol vuran ilk futbolçu olub. O, 2011/12-ci illər mövsümündə 10 dəfə, 2012/13 –cü illər mövsümündə 11 dəfə, 2013/14 –cü illər mövsümündə 17 dəfə, 2014/15-ci illər mövsümündə 10 dəfə, 2015/16-cı illər mövsümüdə 17 dəfə, 2016/17-ci illər mövsümündə isə 12 dəfə fərqlənib. Hazırkı mövsümdə onun hesabında 11 qol var.

Xəbər lenti
0