Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Federasiyada ciddi dəyişiklik: Yeni təyinatlar oldu

© pixabay / patrickbrassard0Karate
Karate - Sputnik Azərbaycan
Abunə olmaq
Böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub

BAKI, 13 fevral — Sputnik. Bugün Azərbaycan Milli Karate Federasiyasında İdarə Heyəti üzvlərinin, məşqçilərin və böyüklərdən ibarət milli yığmasının üzvlərinin iştirakı ilə iclas keçirilib. Federasiyanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda bir neçə məsələ müzakirə olunub və müəyyən qərarlar verilib.

Böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub. Azərbaycan Milli Karate Federasiyası İdarə heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət seçmə komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edəcək. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov isə baş məşqçinin köməkçiləri təyin olunub. Qadınlardan ibarət milli komandanın baş məşqçisi səlahiyyətlərini isə yeniyetmə və gənclər üzrə baş məşqçi Anar Allahverdiyev icra edəcək.

Baş məşqçi vəzifəsinin icrasına başlayan Əməkdar məşqçi Şahin Xudaverdiyev rəhbərlik tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirib, bundan sonra da təcrübəsini yüksək nailiyyətlər qazanmaq uğrunda yönəldəcəyini söyləyib. Yığıncaqda, həmçinin milli komandanın 2018-ci il ərzində keçiriləcək olan nüfuzlu yarışlara hazırlıq işləri, idmançıların vitaminləşdirmə prosesi, dopinqə qarşı nəzarətin gücləndirilməsi və digər məsul öhdəliklər müzakirə olunub.

Xəbər lenti
0