Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Həqiqət İldırımlı: "Zəif yerim övladlarımdır"

Abunə olmaq
"37 yaşım olmasına baxmayaraq, bəzi gənc idmançı xanımlardan daha güclü və çevikəm"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Belə bir deyim var: "Qadın zəif və zərif məxluqdur". Amma bu deyimin əksini göstərən qadınlar da az deyil. Zəriflikləri ilə göz oxşasalar da, güclü olmaqları ilə, nəinki əks cinsdən fərqlənmirlər, bəzən onları da keçə bilirlər. Belə qadınlardan biri də dəfələrlə Azərbaycan çempionu adını qazanmış, Azərbaycan bayrağını bir çox ölkələrdə qalibiyyət kürsüsündə dalğalandırmış kikboksçu Həqiqət İldırımovadır.

37 yaşlı, 3 uşaq anası olan çempionumuz həyatı haqqında Sputnik Azərbaycan-a danışıb.

— Bir peşəkar idmançı kimi qeyri-peşəkar idmançı ilə işləmək nə qədər rahatdır?

— Çox çətindir. Bəzi müəllimlər təki medal qazansınlar" deyə, müxtəlif idman növündən qızları kikboksa gətirirlər. Onlar da qayda-qanun bilmədən döyüşürlər və nəticədə peşəkar idmançını da əzirlər. Bir döyüşdə aldığım zərbə nəticəsində aylarla məşq edə bilmədim, müalicə aldım. Bu, mənə lazım idi?!

© Sputnik / Murad OrujovKikboksçu Həqiqət İldırımlı
Kikboksçu Həqiqət İldırımlı - Sputnik Azərbaycan
Kikboksçu Həqiqət İldırımlı

— Peşəkar idmançıları zədəsiz təsəvvür etmək çətindir…

— Əlbəttə. Boksla bir müddət məşğul oldum, nəticədə burnum əməliyyatlıq oldu, alın nahiyəmdə hüceyrələr öldü və onların sağalması üçün illər lazım oldu. Barmaqlarım dəfələrlə çıxıb, diz qapağım çıxıb. Göz qapağım zədələnib və iranlı idmançı bilərəkdən barmağını gözümə soxub. Bir müddət gözümlə hər əşyanı 4 dənə görürdüm. İndi də diz qapağım zədəlidir və zədəm ilə hal-hazırda da mübarizə aparıram.

— Kikboks və boksda hakimlərin idmançıya qarşı haqsızlığı digər idman növlərinə nisbətən daha çox olur. Siz də belə haqsızlıqla qarşılaşmısınız?

— Bəli, olub. İki il öncə respublika çempionatında haqsızlıq baş verib. Digəri də beynəlxalq yarışda baş verib.

— Sirr deyilsə, nədən ibarət idi o haqsızlıq?

— Bəlkə də hakimlər yaşıma görə mənə haqsızlıq edirlər və ya simpatiyaları olmadığına görə. Bilmirəm. Amma onu deyim ki, tək mənim başıma bu hal gəlmir. Mənim məqsədim varsa, nə olur-olsun sona kimi gedirəm. 37 yaşım olmasına baxmayaraq, bəzi gənc idmançı xanımlardan daha güclü və çevikəm. Bir dəfə qonşunun körpə uşaqları evdə qalmışdı və qapı seyf olduğu üçün bağlanmışdı. Ətrafda kişilər olsa da, onlar hündürlüyə qalxıb pəncərəni qırmağa risk eləmədi. Mən həmin vaxt iki ay idi əməliyyat olmuşdum, buna baxmayaraq, hündür yerə qalxıb pəncərəni sındıraraq qapını açdım.

© Sputnik / Murad OrujovHəqiqət İldırımlı: Məqsədim varsa, nə olur-olsun sona kimi gedirəm
Həqiqət İldırımlı: Məqsədim varsa, nə olur-olsun sona kimi gedirəm - Sputnik Azərbaycan
Həqiqət İldırımlı: Məqsədim varsa, nə olur-olsun sona kimi gedirəm

— İdmanla vidalaşmaq fikriniz yoxdur?

— Hələ ki belə bir fikrim yoxdur. Hətta hamilə ola-ola mən məşq etmişəm. 7 aylıq hamilə olsam da, məşqlərdən qalmırdım, 4 aya kimi hər gün kross qaçırdım. Axırda məşqçim məşq etməyi mənə qadağa etdi.

— 2 qız, 1 oğul anasısınız. Qızlarınızın da sizin yolunuzu davam etməsini istəyirsiniz?

— Övladlarıma həmişə deyirəm ki, oxuyun. Sizi müdafiə edən ananız var. Özüm zamanında ali təhsil ala bilmədim və bu da mənim karyera qurmağıma mane oldu. Hara gedirdim, diplom istəyirdilər. İndi övladlarımdan bir istəyim var. Onları əziyyətlə böyüdürəm, onlar da mənə oxuyub diplomlarını hədiyyə etsinlər. Həmişə övladlarıma deyirəm ki, baxın mənə. Ali təhsilim olsaydı, daha yaxşı yerlərdə işləyə bilərdim. Mənə çay süzməyin, xəstələnəndə mənə baxmayın, amma təhsil alın. Onlarla bağlı arzum budur ki, hər üçünün diplomunu servantın başına qoyum. O ki qaldı idmana, sağlam olmaları üçün üzgüçülüyə yazdıracam.

Oğlumun isə güləşçi olmasını istərəm. Hətta bir dəfə özündən 3 yaş böyük oğlanı güləş fəndləri ilə döydüyünün şahidi olmuşam. Düşünürəm ki, oğlumda güləş idman növü alınacaq. Böyük qızım xanım-xatındır. Siniflərində bir oğlan qızıma nə isə demişdi. Qızım deyib ki, anama deyəcəm. Bir gün gördüm ki, oğlanın valideynləri sinfin qarşısında mənə yaxınlaşdılar və üzr istədilər. Dedilər ki, oğlum qızınızın xətrinə dəyib, sonra evə gəlib ağlayır ki, onun anası idmançıdır. Gəlib məni döyəcək. Gedib ondan üzr istəyin. Doğrusu, qızım evdə deməmişdi. Biz sözlə, övladlarım mənim həssas yerimdir. Onlara söz deyəni heç cür bağışlamaram.

© Sputnik / Murad OrujovHəqiqət xanımın medal və diplomları
Həqiqət xanımın medal və diplomları - Sputnik Azərbaycan
Həqiqət xanımın medal və diplomları

— Əkiz balalarınız var. İdmançı üçün çətin deyil?

— Əksinə, əkiz uşaqlarım çox sakit olub. Böyük qızım daha çox ağrıyıb. Amma əkizlərin arasında daxili yaxınlıq var. Balacalıqda oğlumu sünnət etdirdik. Axşam evə gələndə ağrıları başladı və yerindən oyanıb ağlamağa başladı. Əkiz tayı qızım da eyni anda oyanıb eyni cür ağlayırdı. Həkimə zəng elədim ki, onları sakit edə bilmirəm. Həkim dedi ki onlar əkizdirlər deyə bir-birilərinin ağrısını hiss edirlər. İksinə də sakitləşdirici verməlisən ki, rahatlaşsınlar. Həqiqətən də ikisi də dərman qəbul edəndən sonra yatdılar.

Bir dəfə qızım yarpaq dolması yemişdi, oğlum isə yatmışdı. Qız quyruqlu ət olduğu üçün yediyini qaytardı. Oğlum da o dəqiqə yuxudan oyandı və o da qaytardı. Halbuki, o, heç dolma yeməmişdi.

Xəbər lenti
0