18:27 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
Arda Turan

Arda Turanın evlilik təklifinin şok səbəbi…

© AFP 2019 / LLUIS GENE
İDMAN
Qısa URL
79 0 0

Verilən məlumatlara görə, cütlük 15 gün içində ailə həyatı quracaq

BAKI, 10 fevral — Sputnik. Tanınmış türkiyəli futbolçu Arda Turanın tələsik evlilik qərarının səbəbi məlum olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, futbolçunun Əslihan Doğana etdiyi sürpriz evlilik təklifinin səbəbi Əslihanın hamilə olması imiş.

Arda Turan və Əslihan Doğan
Arda Turan və Əslihan Doğan

Verilən məlumatlara görə, cütlük 15 gün içində ailə həyatı quracaq.

Arda Turan ötən axşam yaxın dostu Saffet Ulusoyun ad günündə sevgilisi Əslihan Doğana 500 min tl (222 min manat) dəyərində 5 karatlıq təkqaş üzük hədiyyə edib. Cütlük həftə içində Çırağan Sarayında nişan və xına mərasimi keçirəcək. Gələn həftə isə toy olacağı gözlənilir.

Məşhur futbolçunun evlənəcəyi Əslihan Doğan 1985-ci ildə dünyaya gəlib və iş adamı Səbri Doğanın qızıdır.

Qeyd edək ki, Arda Turan Əslihan Doğanın sayca üçüncü sevgilisidir. Əslihanı Arda Turanla keçmiş sevgilisi Umut Evirgen tanış edib.

Əlaqədar

Arda Turan nəhayət ki...
Messi Ardaya salam vermir, çünki...
Arda Turanın yeni komandası bəlli oldu!
Arda gedir, Məsud gəlir
Arda Turan Türkiyənin "media patronu"nun toyuna getmədi, çünki...
Teqlər:
hamilə, Arda Turan, evlilik, toy

Əsas mövzular