07:02 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
İDMAN
Qısa URL
94 0 0

Millət vəkili: "Bu, komitənin 2018-ci il yaz sessiyası üçün işlər planına daxil edilib"

BAKI, 26 yan-Sputnik. "İdmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək". Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov deyib.

Komitə sədri qeyd edib ki, bununla bağlı "İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında" qanuna əlavələr olunmalıdır: "Təkliflər paketi var və buraya İnzibati və Cinayət məcəllələrinə dəyişikliklər də daxildir. Bu, komitənin 2018-ci il yaz sessiyası üçün işlər planına daxil edilib".

Əlaqədar

Azərbaycanda dopinqlə mübarizə gücləndirilir
İdmançımızla bağlı dopinq qalmaqalına aydınlıq gətirildi
AMADA: Dopinqə düşən idmançılarımızın Rusiya ilə əlaqəsi yoxdur
Azərbaycanlı idmançı Rusiyada dopinq qəbul edib
Teqlər:
Fuad Muradov, dopinq, idman, cəza

Əsas mövzular