15:21 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
5410

Sputnik və "2019-cu ilin II Avropa Oyunları Direksiyası" Fondu arasında informasiya sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb

BAKI, 26 yanvar — Sputnik. "Rossiya seqodnya" BİA media qrupunun tərkibinə daxil olan Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu, "2019-cu ilin II Avropa Oyunları Direksiyası" Fondu arasında informasiya sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Əməkdaşlığın məqsədi Oyunların beynəlxalq səviyyədə keyfiyyətli və operativ işıqlandırılmasıdır. Sənədləri "Rossiya seqodnya" BİA-nın baş redaktorunun birinci müavini Sergey Koçetkov və "2019-cu ilin II Avropa Oyunları Direksiyası" Fondunun PR və kommunikasiyalar üzrə direktoru Aleksey Boqdanoviç imzalayıb.

Rusiyada 21-30 iyun 2019-cu il tarixlərində Minskdə keçiriləcək yarışlarla bağlı əsas məlumatlar "R-Sport" agentliyi tərəfindən yayımlanacaq.

"Biz çox şadıq ki, Sputnik belə nəhəng beynəlxalq yarışın tərəfdaşı olub. Bu, bizim bütün multimedia imkanlarımızı dünyanın müxtəlif guşələrindəki auditoriyalara nümayiş etdirməyə imkan verir. Bu müqavilənin imzalanması Sputnik-in inkişafı yolunda vacib addımdır" — deyə Sergey Koçetkov bildirib.

"Biz bu razılaşmanı imzalamaqla Rusiya və Belarusun informasiya məkanında əməkdaşlığın yeni mərhələsini başlayırıq. "R-Sport" və Sputnik portalları ilə məhsuldar və uğurlu işə ümid edirik.

Sənəd hər iki tərəfin 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarını təbliğ etməyə və populyarlaşdırmağa, eləcə də nəinki təkcə Belarus və Rusiyadan, bütün dünyadan olan azarkeşlərin maraqlarını stimullaşdırmağa yönəlmiş qarşılıqlı münasibətlərini müəyyənləşdirir. Məmnunuq ki, bizim tərəfdaşlarımız Avropa Oyunlarının hər kəsin diqqətini cəlb edən böyük hadisə olduğunu başa düşür" — deyə Aleksey Boqdanoviç bildirib.

II Avropa Oyunları — hər dörd ildən bir Avropa Oyunları Komitəsinin rəhbərliyi altında Avropa qitəsinin idmançıları arasında keçirilən beynəlxalq kompleks idman tədbiridir.

II Avropa Oyunları çərçivəsində 15 idman növü üzrə yarış keçiriləcək. Həmin idman növlərinin 10-u üzrə "Tokio- 2020" Olimpiya Oyunlarında yarışlar baş tutacaq. İdman yarışında 208 medal dəsti uğrunda mübarizə aparılacaq və 23 idman qaydası tətbiq olunacaq.

Sputnik (sputniknews.com) — onlarla ölkə xabı olan multimedia informasiya agentliyi və radiosudur. 

Sputnik özündə 30-dan çox dildə yayımlanan saytları, analoq və rəqəmsal radioyayımlarını, mobil versiyaları və sosial şəbəkələrdə rəsmi səhifələri birləşdirir.

Sputnik xəbər lenti sutka ərzində ingilis, ərəb, ispan və çin dillərində yayımlanır.

Əlaqədar

Mançester Avropa Oyunları-2023-ün ev sahibi ola bilər
II Avropa Oyunları Türkiyədə keçirilə bilər
Bolqarıstanın baş nazirindan Bakıda keçirilən Avropa Oyunları ilə bağlı etiraf
Teqlər:
"2019-cu ilin II Avropa Oyunları Direksiyası" Fondu, "Rossiya seqodnya" BİA, II Avropa Oyunları, Tokio-2020 Olimpiya Oyunlar, Sergey Koçetkov, Aleksey Boqdanoviç, Minsk, Rusiya

Əsas mövzular