04:36 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Messi və Arda Turan

Messi Ardaya salam vermir, çünki...

© AFP 2018 / JOSEP LAGO
İDMAN
Qısa URL
64710

"Buna səbəb Arda Turanın lazımi qədər öz üzərində çalışmaması, komandanın uğuruna fayda verməməsidir"

BAKI, 12 yanvar — Sputnik. İspaniyanın məşhur "Don Balon" qəzeti "Barselona" klubunun futbolçuları Lionel Messi və Arda Turan barəsində maraqlı iddia ortaya atıb. Sputnik Türkiyə xəbər verir ki, vaxtilə yaxın dostluq edən Messi ilə Ardanın münasibətləri korlanıb.

"Messi Ardaya heç salam da vermir. Onlar hətta soyunub-geyinmə otağında da salamlaşmırlar" — qəzet yazıb.

İddiaya görə, Messinin bu cür davranmasına səbəb Arda Turanın lazımi qədər öz üzərində çalışmaması, komandanın uğuruna fayda verməməsidir: "Messi Ardanın bacarıqlı futbolçu olduğunu danmır. Problem türk oyunçunun bu potensialını ortaya qoymamasıdır. Komandanın müvəffəqiyyəti üçün çalışmamasıdır. Argentinalı oyunçunun məhz buna görə Arda ilə münasibətləri soyuyub".

Qeyd edək ki, Arda Turanın yanvar ayında "Barselona"dan ayrılacağı gözlənilir. Türk futbolçunun "Medikal Başakşəhər" klubuna keçidi gözlənilir.

Əlaqədar

Messinin qardaşı niyə həbs olunub? — FOTO
Rəşad Sadıqov Messi ilə bir komandada
Arda Turanın yeni komandası bəlli oldu!
Arda gedir, Məsud gəlir
Teqlər:
"Barselona" klubu, "Don Balon" qəzeti, Arda Turan, Lionel Messi, komanda, İspaniya, futbol

Əsas mövzular