Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Türk futbolunun əfsanəsindən insaniyyət nümunəsi

© AP Photo / Darko BandicTürkiyə millisinin baş məşqçisi Fatih Terim
Türkiyə millisinin baş məşqçisi Fatih Terim - Sputnik Azərbaycan
Abunə olmaq
Fatih Terim vaxtilə rəhbərliyi altında oynamış futbolçunu darda qoymaq istəməyib

BAKI, 26 dekabr — Sputnik. “Galatasaray” keçmiş futbolçusu Emmanuel Ebueyə təklif yollayıb.

APA-nın məlumatına görə, Fildişi Sahili yığmasının keçmiş futbolçusu İstanbul klubunda uşaq komandalarından birini çalışdıracaq.

Son vaxtlar tamamilə müflisləşən və şəxsi həyatı qaydasında getməyən sağ cinah müdafiəçisi, hətta bir neçə dəfə intihar etmək istəmişdi. Onun bu problemlərindən xəbər tutan “Galatasaray”ın baş məşqçisi Fatih Terim isə vaxtilə rəhbərliyi altında oynamış futbolçunu darda qoymaq istəməyib və işlə təmin edib. Bir müddət əvvəl haqqında HİV xəstəsi olması ilə bağlı xəbərlər dolaşan Ebue həyat yoldaşı ilə boşandıqdan sonra var-dövlətini itirmişdi.

Qeyd edək ki, o, “Arsenal”dan ayrıldıqdan sonra 3 mövsüm “Galatasaray”da çıxış edib.

Xəbər lenti
0