Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bunu bilməliyik: İslam dini idmanda hansı şərtlər və qadağalar qoyur?

© Sputnik / Murad OrujovИндивидуальные и парные соревнования по теннису IV Игр Исламской солидарности
Индивидуальные и парные соревнования по теннису IV Игр Исламской солидарности - Sputnik Azərbaycan
Abunə olmaq
Əkrəm Həsənov: "Allah yanında güclü kişi zəif kişidən daha dəyərlidir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Buna bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etməsi bariz nümunədir. Birinci Avropa Oyunları, IV İslam Oyunlarının, eləcə də, bir çox idman növləri üzrə dünya, Avropa oyunlarının paytaxt Bakıda keçirilməsi yeniyetmə və gənclərin idmana olan marağını artırır. Bunun nəticəsi olaraq, idman zallarında məşq edən idmançıların, eləcə də qızların sayı durmadan artır.

Azərbaycan əhalisinin böyük əksəriyyəti İslam dininə tapınan ölkədir. İslam dinində də, demək olar ki, bütün sahələrdə müəyyən qaydalar, qadağalar mövcuddur. Maraqlıdır, İslam dinində idmanla bağlı hansı şərtlər hökm olunur? Sputnik Azərbaycan ilahiyyatçılardan İslam dinində idman haqqında hansısa məlumatların, həmçinin qadağaların olub-olmadığını dəqiqləşdirib.

İsrail - Azərbaycan - Sputnik Azərbaycan
TƏHLİL
İslam mənsubiyyəti, Qarabağda dolaşan yəhudi ruhları, yoxsa...?

İlahiyyatçı Əkrəm Həsənov bildirib ki, İslam dinində idmana böyük əhəmiyyət verilir: "Məhəmməd peyğəmbər öz dövrünün gənclərinə, İslamı qəbul edən hər bir şəxsə idmanla məşğul olmağı tövsiyə edib. Peyğəmbər bildirib ki, Allah yanında güclü kişi zəif kişidən daha dəyərlidir. Bununla da o, idmanın əhəmiyyətini bildirib. İdmanla məşğul olmaq İslamda əyləncə sayılır. Dinimizdə əyləncəyə müəyyən çərçivələr daxilində icazə verilir".

Ə.Həsənov deyib ki, peyğəmbərimizin hədisləri əsasında yanaşsaq, idmanla məşğul olmaq əyləncədən daha çox cihada hazırlaşmaq kimi dəyərləndirilir: "Peyğəmbər də öz səhabələrinə düşmənlə mübarizədə güclü olmaları üçün ox atmağı, üzgüçülüklə məşğul olmağı tövsiyə edib. Ancaq bu gün bizim bildiyimiz bütün idman növləri ilə məşğul olmaq İslam dinində icazəli hesab olunur, hətta təşviq olunur. Məhəmməd peyğəmbər üzmək, ata və ya dəvəyə minmək, ox atmaq, qaçmaq və güləşmək kimi idman növlərini tövsiyə edib".

"Bir hədisdə belə buyurulur: "Ox atmaq əyləncə deyil, əyləndiyiniz şeylərin ən xeyirlisidir" (Kənzul Ummal 4/292, Feyzul Qadir 4/59). Digər bir rəvayətdə isə belə deyilir: "Mələklər sizin heç bir əyləncənizdə iştirak etməz, ancaq ox atmaq və atla yarış keçirməkdən başqa" (Said İbnul Mənsur 2/183). Hətta bəzi rəvayətlərdə peyğəmbərin özünün də şəxsən dəvə və at yarışlarında iştirak etdiyi, bəzən yarışda qalib gəldiyi, bəzən də uduzduğu bildirilir" – deyə ilahiyyatçı qeyd edib.

Dini ekspert onu əlavə edib ki, İslam dinində idmanla məşğul olan qadınlara dini baxımından örtülü geyinmək şərti qoyulub. Amma qadınların idmanla məşğul olması İslam dinində qadağan yox, əksinə təşviq edilir.

Ə.Həsənov onu da vurğulayıb ki, İslamda qadınların ictimai yerlərdə açıq-saçıq idmanla məşğul olmalarına icazə verilmir: "Bəzi islam alimləri idmanla məşğul olmağı mənfi nəticələrdən qorumaq üçün halal və haram kateqoriyalara bölüblər. Məsələn, bəzi alimlər boks, insan bədəninə zərər verəcək qaydasız döyüşlərdə iştirak etməyi doğru hesab etmirlər. Əsasən də idman oyunlarında İslam alimləri geyim məsələsini daha çox qabardırlar. Kişilərdə diz qapağı ilə göbək örtülməlidir, qadınlarda isə yalnız əl və üz açıq qala bilər. Ancaq qadınlar örtülü yerdə və yalnız öz aralarında müəyyən çərçivədə geyim normalarını qoruyaraq idman edə bilərlər".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev - Sputnik Azərbaycan
Mirzəyev: “Dünyada İslam dəyərləri yanlış təbliğ olunur”

İlahiyyatçı İslam dinində yaş məsələsinə də toxunub: "İdmanla məşğul olmağın dinimizdə bəzi ədəbləri vardır ki, onlara riayət olunmalıdır. Dinimizdə idmanla məşğul olmağın heç bir yaş məhdudiyyəti yoxdur. Belə ki, kiçik yaşlı uşaqlar və yaşlı insanlar da idmanla məşğul ola bilərlər".

İlahiyyatçı Hacı Şahin isə qeyd edib ki, İslam dinində insanın ruhi təkamülü ilə yanaşı, cismi sağlamlığına da önəm verilir: "Bir çox ibadətlər haqqında danışanda onun sağlamlığa olan faydaları da diqqətə çatdırılır. Məsələn, insanın Həcc ziyarətinə getməsi onun sağlamlığı üçün faydalıdır, oruc tutmaq sağlamlığa xeyirlidir. Bundan əlavə, peyğəmbərimiz piyada gəzməyi tövsiyə edib. Peyğəmbərin zamanında at yarışları keçirilirdi və hətta Məhəmməd peyğəmbər özü də o yarışlarda iştirak edirdi. Bir sözlə, fiziki sağlam olmayan insanın mənəvi təkamülündən danışmaq olmaz".

"İslam dini idmanda qadın və kişiləri ayırmır. Dinin ümumi hökmləri vardır ki, onları qorumaq şərti ilə hər kəs idmanla məşğul ola bilər. İslam dinində bədənə bilərəkdən xəsarət yetirmək günah sayıldığı üçün, belə idman növləri ilə məşğul olmaq da məqbul deyil" – deyə Hacı Şahin əlavə edib.

Xəbər lenti
0