06:02 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
48 0 0

Baş məşqçi: "Gənclərə üstünlük verməyimizin səbəbi odur ki, hər birinin potensialını bilirik və həmin məşqçilərin hər biri PRO kateqoriyasını almaq üçün bu yaxınlarda imtahan verəcək"

BAKI, 20 dekabr — Sputnik. Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov bu gün Bayıl stadionunda mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Qurban Qurbanov mətbuat konfransını giriş sözü ilə açaraq yaxın gələcəkdə baş tutacaq görüşlər haqqında danışıb: "Gürcüstan millisi ilə yoldaşlıq oyunu keçirəcəyimiz dəqiqləşib. Bu rəqibi seçməyimiz rəmzidir. Çünki millimiz tarixində ilk oyununu bu komandaya qarşı keçirib. Amma ola bilər ki, Antalyada bundan əvvəl başqa komanda ilə qarşılaşaq.

Главный тренер Карабаха Гурбан Гурбанов
© REUTERS / Tony Gentile

Çox istərdim ki, Millətlər Liqasının oyunlarına qədər çoxsaylı yoldaşlıq görüşləri keçirək. Mart və may ayında da toplanış keçirməyi düşünürük. Aşağı yaş qruplarından ibarət milli komandalara təyinatlara gəldikdə, qərar verməkdə çətinlik çəkdik. Rəşaddan başlayım. Mənim futbol fəlsəfəmi yaxşı bilir. Gənclərə üstünlük verməyimizin səbəbi odur ki, hər birinin potensialını bilirik və həmin məşqçilərin hər biri PRO kateqoriyasını almaq üçün bu yaxınlarda imtahan verəcək. Zaur Həşimov yanımda çox olub. Vüqar Məmmədin isə millilərdə iş təcrübəsi var".

Q.Qurbanov millidə oynayacaq futbolçulara da aydınlıq gətirib: "Hər bir futbolçunun millidə oynamaq şansı olacaq. Rəqibdən asılı olaraq, fərqli futbolçular dəvət edə bilərik. Bəlkə də, hər oyunda 4-5 dəyişiklik edildi. Çox istərdim ki, azərbaycanlı futbolçular yuxarı səviyyəyə qalxsın. Onların inkişafı çox önəmlidir. Mən "Qarabağ"a gələndə yeganə əcnəbi Admir Teli idi. Getdikcə legionerlər cəlb etdik. Sırf yerlilərlə oynasaydım, bəlkə də, mənə hörmətiniz daha çox olacaqdı. Amma hansısa mövqedə problem varsa, bunu düzəltmək vacibdir. Məsələn, "Qarabağ"da 4 müdafiəçimiz zədəli idi. Bizdə hələ legioner var, bu problemlə üzləşirik. Düşünürəm ki, qərarımı normal qarşılayacaqsınız. Çox istəyərəm ki, azərbaycanlı futbolçularla birlikdə uğur əldə edək. Amma biz ölkəmizi təmsil edirik. Lazım olduğu qədər bütün mövqelərdə sağlam rəqabət yaradacağıq. Ola bilsin ki, bəzi dəyişikliklər edilsin".

"Millətlər Liqasından çıxmaq şansımız varsa, bundan yararlanmağa çalışacağıq. Milli komandalarda hər şeyin pillə-pillə getməsini istəyirik. Aşağı yaş qrupunda oyunçuları elə hazırlamalıyıq ki, onlar sabit qalsınlar. Bəzi futbolçuların valideynləri bu gün onlara çox mane olurlar. Tanıdığım belə oyunçular var. Biz hətta valideynləri də bu istiqamətdə düzgün formalaşdırmalıyıq" – deyə baş məşqçi əlavə edib.

Əlaqədar

Qurbanov: "Hesabda uduzduq, mübarizədə yox"
Qurban Qurbanov: "Üzərimizdə təzyiq var"
Qurban Qurbanov milli komandanın problemlərindən danışdı
"Qurban Qurbanov AFFA-dakı "menecer"ləri yox etməlidir, əks halda..."
Qurban Qurbanov: "Aqressiv olmaq lazımdır"
Teqlər:
milli komanda, AFFA, Qurban Qurbanov, mətbuat konfransı, futbol

Əsas mövzular