Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Prezident bir qrup idmançıya ev və fəxri ad verib - SİYAHI

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub

BAKI, 18 dekabr — Sputnik. Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı tədbirdə çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Prezident daha bir deputata yüksək mükafat verdi

Sonra 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Ağayar Axundzadəyə, Zemfira Meftahətdinovaya, Nağı Babayevə, Firat Hüseynova, Vaqid Davudova, Qərib Əliyevə və Kamal Əhmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Aslan Şirəliyevə "Əməkdar Jurnalist", Kamil İsgəndərova "Əməkdar Həkim" fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Dövlət başçısı İlham Əliyev Elxan Məmmədova, Tahir Gözələ və Fərid Qayıbova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu təqdim edib.

Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olunub.

Tədbirdə, həmçinin Azər Həsənov, Namiq Əsgərov, Güloğlan Cabbarov, Xəyal Əhmədov, Faiq Həsənov, Rəsul Məhəmmədov Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.

Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti
0