Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əfsanəvi futbolçu seçim etdi: yaşıl meydandan siyasət meydanına

© Sputnik / Murad OrujovBraziliya futbolçusu Ronaldinyo Bakıda
Braziliya futbolçusu Ronaldinyo Bakıda - Sputnik Azərbaycan
Abunə olmaq
Digər məşhur futbolçu Romario da 2015-ci ildən etibarən ölkə senatında yer alır

BAKI, 16 dekabr — Sputnik. Braziliya futbolunun əfsanələrindən sayılan Ronaldinyo artıq siyasətlə məşğul olacaq. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, o, radikal sağçı Patriota partiyasından Senata namizədliyini irəli sürəcək.

37 yaşlı futbol əfsanəsinin 2018-ci ilin oktyabrında keçiriləcək parlament seçkilərinə qatılacağı bildirilib.

Qeyd edək ki, Braziliyada siyasətlə məşğul olan futbolçu tək Ronaldinyo olmayacaq. Digər bir məşhur futbolçu Romario da 2015-ci ildən etibarən ölkə senatında yer almaqdadır.

Xəbər lenti
0