Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqasında növbəti mərhələyə bütün vəsiqə sahibləri müəyyənləşdi

© AFP 2023 / VALERY HACHEЛига чемпионов УЕФА
Лига чемпионов УЕФА - Sputnik Azərbaycan
Abunə olmaq
VI turun ikinci oyun günündə 8 oyundan sonra qitənin ən nüfuzlu klub turnirində 1/8 finala vəsiqə qazanan son 4 vəsiqənin sahibi müəyyənləşib

BAKI, 7 dekabr — Sputnik. Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin son oyunları keçirilib.

Sputnik Azərbaycan Sportnet.az-a istinadən xəbər verir ki, VI turun ikinci oyun günündə E, F, G və H qruplarında 8 oyun olub. Bu görüşlərdən sonra qitənin ən nüfuzlu klub turnirində 1/8 finala vəsiqə qazanan son 4 vəsiqənin sahibi müəyyənləşib. Bunlar İngiltərə "Liverpul"u, İspaniya "Sevilya"sı, Ukrayna "Şaxtyor"u və Portuqaliya "Portu"sudur. Daha əvvəl İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem" və "Çelsi", İtaliyanın "Roma" və "Yuventus", İspaniyanın "Real Madrid" və "Barselona", Türkiyənin "Beşiktaş", İsveçrənin "Bazel", Fransanın PSJ, Almaniyanın "Bavariya" komandaları da adını 1/8 finala yazdırıb.

Öz qruplarında 3-cü yeri tutan Rusiya "Spartak"ı, İtaliya "Napoli"si, Almaniyanın "Leyptsiq" və "Borussiya" (Dortmund) klubları Rusiyanın MOİK, Şotlandiyanın "Seltik", İspaniyanın "Atletiko" və Portuqaliyanın "Sportinq" komandaları ilə birgə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.

Xəbər lenti
0