13:14 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
232 0 0

“Bizim olimpiyaçıların oyunlarda iştirakına mane olmaq niyyətimiz yoxdur”

BAKI, 6 dekabr — Sputnik. “Hakimiyyət orqanları rusiyalı idmançıların neytral bayraq altında Pxençxan şəhərində keçiriləcək Qış Olimpiadasında iştirakına mane olmayacaq”. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Putin deyib ki, heç bir halda idmançıların qarşısını almayacaqlar: “Bizim olimpiyaçıların oyunlarda iştirakına mane olmaq niyyətimiz yoxdur. Kimsə şəxsi qaydada iştirak etmək istəyirsə, etsin”.

Qeyd edək ki, bundan əvvəl baş nazirin müavini Arkadi Dvorkoviç rusiyalıların neytral statusda oyunlarda iştirak etməsinin məqsədəuyğun olduğunu bildirib: “Biz bütün hallarda biləcəyik ki, onlar Rusiyanı təmsil edirlər”.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi dekabrın 5-də Rusiyanın Olimpiya Oyunlarından kənarlaşdırılması ilə bağlı qərar qəbul edib.

Əlaqədar

Rusiya Beynəlxalq Olimpiya Komitəsindən üzr istədi
Beynəlxalq Olimpiya Komitəsindən Rusiyaya daha bir zərbə
Azərbaycanda olimpiya çempionu barəsində cinayət işi başlandı
Olimpiya çempionumuza ən ağır cəza
Olimpiya çempionunun medalı əlindən alındı
Teqlər:
Qış Olimpiadası, Pxençxan şəhəri, icazə, Arkadi Dvorkoviç, Vladimir Putin, idmançılar

Əsas mövzular