Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Beynəlxalq Olimpiya Komitəsindən üzr istədi

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidПервый заместитель председателя Государственной Думы РФ Александр Жуков
Первый заместитель председателя Государственной Думы РФ Александр Жуков - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Rusiya yığmasının 2018-ci ildə Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub

BAKI, 6 dekabr — Sputnik. Rusiya Olimpiya Komitəsinin sədri Aleksandr Jukov Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə komitəsindən üzr istəyib. Sputnik Azərbaycan bildirir ki, bu barədə BOK prezidenti Tomas Bax məlumat verib.

"Rusiya tərəfi iclasda sözünü deyə bildi. ROK sədri Jukov üzr istədi" — deyə Bax bildirib. O, Jukovun nəyə görə üzr istədiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Rusiya yığmasının 2018-ci ildə Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub. 

Bundan əlavə Rusiya Federasiyası baş nazirinin müavini Vitali Mutko ömürlük olimpiya oyunlarında iştirakdan məhrum edilib. Rusiyanın keçmiş idman nazirinin müavini Yuri Naqornıxa qarşı da analoji qərar qəbul olunub.

Rusiya Olimpiya Komitəsi və onun sədri Aleksandr Jukov da diskvalifikasiyaya məruz qalıblar.


Xəbər lenti
0