11:31 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İDMAN
Qısa URL
67 0 0

"Çelsi" ilə ilk oyunu kənara qoysaq, futbolçularımız layiqli çıxış etdilər"

BAKI, 6 dekabr — Sputnik. "Rəqibi təbrik edirəm. Öz futbolçularımı da. Uduzmaq istəmirdik. Amma futbolçularımdan razı qaldım. Komandam məğlub olmaq istəmirdi. Layiqli oyun göstərdik ". 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Roma" ilə keçirdikləri Çempionlar Liqasının qrup mərhələsinin son matçından sonra keçirdiyi mətbuat konfransında deyib.

Qurbanov komandasının turnirdə çıxışını normal hesab edib: "Çelsi" ilə ilk oyunu kənara qoysaq, futbolçularımız layiqli çıxış etdilər. Bəlkə də əlavə xallar qazanmaq imkanımız var idi. Amma bəzi oyunlarda vərəqə aldığımız epizodlarda futbolçularımızda təcrübə çatmadı. Ümumilikdə, razı qaldım. Rəqiblərimizin hər biri ilk iki yeri tutmağa layiq idilər".

Əsas mövzular