Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Həmyerlimiz yüksək vəzifəyə gətirildi

© Sputnik / Murad OrujovГенеральный секретарь Федерации гимнастики Азербайджана Фарид Гаибов, фото из архива
Генеральный секретарь Федерации гимнастики Азербайджана Фарид Гаибов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Sputnik Azərbaycan federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində o, daha çox səs yığıb.

F.Qayıbov 28 səs toplamaqla bu vəzifəyə digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibi Edvard Koları geridə qoyub.

Qeyd edək ki, 2009-cu ildən Avropa Gimnastika İttifaqına fransalı Jorj Gelzek rəhbərlik edir.

Xəbər lenti
0