Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Həmyerlimiz Kiprdə tarix yazmağa davam edir

© Sputnik / Alexey KudenkoФутбольный мяч. Архивное фото
Футбольный мяч. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"AEL Limassoll"u evində qəbul edən "Anortosis"in qolunu həmyerlimiz vurub

BAKI, 27 noyabr — Sputnik. Yunan Kiprinin "Anortosis" klubunda çıxış edən futbolçumuz Araz Abdullayevin uğurları davam edir. Sputnik Azərbaycan xəbər verir ki, Kipr daxilində keçirilən çempionatın 13-cü turunda güclü rəqib "AEL Limassoll"u evində qəbul edən "Anortosis"in qolunu həmyerlimiz vurub.

Top ayağına keçəndən sonra yükək sürətlə qapıçını da keçən Abdullayev gözəl qola imza atıb. Matç 1-1 hesabı ilə başa çatıb. Milli oyunçumuzun çıxış etdiyi "Anortosis", Kipr Liqasında lider olan "AEK Larnaka"-dan sonra 27 xalla ikinci yerdə qərarlaşır. Onlar arasında cəmi 2 xal fərq var.

Xəbər lenti
0