Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Qarabağ”dan daha bir məyusedici xəbər

© Sputnik / Murad OrujovФутбольный матч Карабах – ПАОК (Греция)
Футбольный матч Карабах – ПАОК (Греция) - Sputnik Azərbaycan
Abunə olmaq
Hesabında 20,500 xal olan Qurban Qurbanovun yetirmələri 66-cı yerə enib

BAKI, 24 noyabr — Sputnik. Avrokubokların qrup mərhələsinin V turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda Avropanın 442 komandası yer alıb.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”ın mövqeyində dəyişiklik olub. Avrokuboklarda mübarizəni davam etdirən yeganə klubumuz olan Ağdam təmsilçisi Çempionlar Liqasında “Çelsi”yə uduzduqdan sonra geriləyib.

Hesabında 20,500 xal olan Qurban Qurbanovun yetirmələri 66-cı yerə enib. Bir pillə geriləyən çempionumuz “Maribor”u özündən önə buraxıb. Sloveniya təmsilçisi “Qarabağ”ı keçib, daha bir komanda isə ağdamlılara çatıb. Təmsilçimizin bu mövqedəki şəriki BATE-dir. 

Фабрегас празднует свой гол - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ"dan məyusedici nəticə

“Qarabağ” üzərində 4:0 hesablı qələbə “Çelsi”nin də işinə yarayıb. London klubu son 5 ildəki qazancını 80,000-ə çatdırıb. Bununla da İngiltərə çempionu “Top-10”un sonuncu pilləsinə şərik çıxıb. “Çelsi” “Benfika” ilə 10-cu sıranı bölüşür. Amma bir məqam qeyd edilməlidi ki, londonlular 5 mövsümdən birində avrokuboklardan kənarda qalıb.

Göründüyü kimi, “Qarabağ”la “Çelsi” Bakı Olimpiya Stadionundakı görüşdən sonra fərqli istiqamətlərdə addım atıb. İngiltərə təmsilçisi irəli, Azərbaycan çempionu geri gedib.

“Qarabağ”la eyni – C qrupunda mübarizə aparan “Atletiko” da ilk “onluq”dadı. Madridlilər 4-cü yerdə qərarlaşıb – 121,000. Son turdakı rəqib – İtaliya “Roma”sı isə 1 pillə geriləyib və 30-cu yerə düşüb – 49,000. 

Çelsi-Qarabağ oyunu, London, 12 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
İDMAN
Məşqçi: "Qarabağ" yaxşı oynamağa məcburdur

Cədvəldəki digər Azərbaycan klublarının da mövqeyi dəyişib. “Qarabağ” kimi öz əmsalına malik olan “Qəbələ”nin aktivində 5,250 xal var. “Voyvodina” ilə eyni xala malik təmsilçimiz 1 addım geriləyib və 191-ci pilləyə düşüb.

Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətlənib. Nəticədə “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yeri bölüşür. Bu komandalar 5 pillə geriləyiblər.

Xəbər lenti
0