Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurbanov: "Hesabda uduzduq, mübarizədə yox"

© Sputnik / Murad OrujovГлавный тренер "Карабаха" Гурбан Гурбанов во время постматчевой пресс-конференции в Баку, 22 ноября 2017 года
Главный тренер Карабаха Гурбан Гурбанов во время постматчевой пресс-конференции в Баку, 22 ноября 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu tipli qərarların hakim tərəfindən belə asanlıqla verilməsi təəccüb doğurur"

BAKI, 23 noyabr — Sputnik. Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Çelsi" ilə oyunda faktiki olaraq görüşün taleyini həll etmiş hakimin penalti və qırmızı vərəqə qərarını şərh edib. 

"Ağır cəza idi, həm qırmızı vərəqə, həm də penalti. Bununla razılaşmaq mümkün deyil. Lakin artıq heç nə etmək mümkün deyil" — deyə Qurbanov bildirib.

Onun sözlərinə görə, bu tipli qərarların hakim tərəfindən belə asanlıqla verilməsi təəccüb doğurur.

"Biz hesabda uduzduq, mübarizədə yox" — Qurbanov bəyan edib. 

Фабрегас празднует свой гол - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ"dan məyusedici nəticə

Baş məşqçi həmçinin qalmaqallı epizoddan sonra oyunçuları yanına çağıraraq onlara motivasiya verdiyini deyib.

"Futbolçular hakimin qərarından şokda idilər. Uşaqların ruh düşkünlüyü yaşadığını görüb onlara motivasiya vermək istədim. Meydançanı tərk etmək barədə fikrimiz olmayıb" — Qurbanov deyib.

UEFA Çempionlar Liqasında qrup mərhələsinin növbəti turunda Ağdamın "Qarabağ" klubu İngiltərənin "Çelsi" klubu ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilmiş oyun 4:0 hesabı ilə "Çelsi"nin xeyrinə başa çatıb. Qonaqlar iki topu penaltidən vurublar. 21-ci dəqiqədə Rəşad Sadıqovun meydançadan çıxarılmasından sonra isə "Qarabağ" 10 nəfərlə oynayıb.

Xəbər lenti
0