14:52 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İDMAN
Qısa URL
68 0 0

UEFA Çempionlar Liqasında "Qarabağ" "Çelsi" ilə qarşılaşıb

BAKI, 22 noyabr — Sputnik. UEFA Çempionlar Liqasında V turun növbəti oyunları keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Ağdam təmsilçisi “Qarabağ” İngiltərənin "Çelsi" klubunu qəbul edib.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada hesabı 21-ci dəqiqədə qonaqların oyunçusu Azar mübahisəli penaltidən vurub. Villian 37-ci dəqiqədə hesabı 2:0-a çatdırıb. Birinci hissə bu hesabla başa çatıb.

İkinci hissədə 73-cü dəqiqədə Fabreqas penaltidən üçüncü topu "Qarabağ"ın qapısından keçirib. 85-ci dəqiqədə isə Villian dördüncü qolu vurub — 4:0. Görüş bu hesabla başa çatıb.

Qeyd edək ki, 21-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Rəşad Sadıqov qırmızı vərəqə ilə meydandan çıxarılıb.

Əsas mövzular