21:54 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
İDMAN
Qısa URL
124 0 0

Braziliya yığmasının futbolçuları ümumilikdə 671,5 milyon dollar dəyərindədirlər

BAKI, 18 noyabr — Sputnik. Rsiyada 2018-ci ildə keçiriləcək futbol üzrə Dünya çempionatının ən bahalı komandasının adı açıqlanıb. Sputnik Azərbaycan "Transfermarkt" portalına istinadən xəbər verir ki, mundialın ən bahalı komandası Braziliya yığması olacaq.

Bu ölkənin yığmasının futbolçuları ümumilikdə 671,5 milyon dollar dəyərindədirlər. İkinci yerdə gələn İspaniya yığmasının qiyməti 643,5 milyon dollar dəyərləndirilib. Üçüncü pilləni isə 636,5 milyon dollarla Fransa və Almaniya milliləri bölüşüblər.

Çempionatın ev sahibi olacaq Rusiya 138,6 milyon dollarla cəmi 17-ci yerdədir.

Qeyd edək ki, noyabrın 16-da Dünya çempionatının bütün iştirakçıları məlum olub. Turnirin ev sahibi kimi birbaşa vəsiqəsi olan Rusiyadan əlavə çempionatda İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Danimarka, İsveç, Xorvatiya, İsveçrə, Nigeriya, Kosta-Rika, Misir, Polşa, İslandiya, Serbiya, Fransa, Portuqaliya, Panama, Seneqal, Mərakeş, Tunis, Avstraliya, Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru komandaları iştirak edəcək.

Turnir 14 iyun — 15 iyul tarixlərində Rusiyanın 11 şəhərinin 12 stadionunda baş tutacaq.

Əlaqədar

Türkiyədə məşhur futbolçu barəsində həbs qərarı çıxarıldı
Onu yenidən ilin futbolçusu seçdilər
"Çelsi"-nin futbolçuları Bakıda seçim etdilər - Maraqlı
Ulduz futbolçu 4-cü dəfə ata oldu
Kral klubunun futbolçusu qumardan 110 milyon dollar qazandı
Teqlər:
bahalı komanda, mundial, dünya çempionatı, Braziliya, Rusiya, İspaniya, futbol

Əsas mövzular