Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Türkiyədə məşhur futbolçu barəsində həbs qərarı çıxarıldı

Abunə olmaq
Ona qarşı "terror təşkilatına üzv olmaq" maddəsi ilə iş açılıb

BAKI, 17 noyabr — Sputnik. Türkiyədə FETÖ ilə bağlı davam edən istintaq çərçivəsində, keçmiş futbolçu Zafer Biryolun barəsində həbs qərarı çıxarılıb. Sputnik Azərbaycan bu barədə NTV-yə istinadən xəbər verir.

© Photo : BJKFutbolçu Zafer Biryol
Futbolçu Zafer Biryol - Sputnik Azərbaycan
Futbolçu Zafer Biryol

Futbolçunun Gülən şəbəkəsinə üzv şəxslərin istifadə etdiyi "ByLock" mesajlaşma proqramına qeyd olunduğu üzə çıxıb. Ona qarşı "terror təşkilatına üzv olmaq" maddəsi ilə iş açılıb.

Qeyd edək ki, Zafer Biryol futbola "Beşiktaş" klubunda başlayıb. Daha sonra "Konyaspor"-a transfer olan Biryol, 2003-2004-cü illərdə keçirilən 33 matçda 25 qol vuraraq "Qol kralı" adına layiq görülüb. Futbolu tərk etdikdən sonra Kanadaya köçən Zafer Biryolun Toronto şəhərində özünə aid futbol məktəbi də var.

Xəbər lenti
0