Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Güləşçilərimiz beynəlxalq turnirdə öz qüvvələrini sınayacaqlar

© Sputnik / Murad OrujovЧемпионат Азербайджана по борьбе среди взрослых
Чемпионат Азербайджана по борьбе среди взрослых - Sputnik Azərbaycan
Abunə olmaq
Turnirdə idmançılar 8 çəki dərəcəsində mübarizə aparacaqlar

BAKI, 8 noyabr — Sputnik. 11-12 noyabr 2017-ci il tarixdə Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku — Alrosa Kuboku beynəlxalq turniri keçiriləcək. Komanda yarışı xarakterli turnirdə idmançılar 8 çəki dərəcəsində mübarizə aparacaq.

Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib. Ümumilikdə yarışlarda yığmamızın idman şərəfini 16 güləşçi qoruyacaq.

Qadın güləşçilərin yarışında Azərbaycan, Rusiya, Ukrayna, Rumıniya və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda mübarizə aparacaq. Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığmamızı Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək.

Sərbəst güləş yığmamız Moskvada baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında çıxış edəcək. Yığmanın heyətində Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (61 kq), Zəlimxan Vəliyev (65 kq), Murtuz Müslümov (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov (hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. Sərbəst güləşçilərin yarışında Azərbaycan, Rusiya, Gürcüstan, Moldova və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda yarışacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Qeyd edək ki, turnirin proqramına əsasən, noyabrın 11-də qrup görüşləri, 12-də isə final görüşləri baş tutacaq.

Xəbər lenti
0