Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa çempionatı Azərbaycan yığması üçün uğurlu başa çatıb

© Photo : AZƏRTACTaekvondo yarışları, arxiv şəkli
Taekvondo yarışları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İki idmançımız medal qazanıb

BAKI, 7 noyabr — Sputnik. Avropa Taekvondo Birliyinin təşkilatçılığı ilə düzənlənən gənclər arasında Avropa birinciliyi başa çatıb.

Taekvando Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, sayca 21-ci olan və 700-dən çox taekvondoçunun qatıldığı yarışda gənclərdən ibarət milli yığma komandamız uğurlu çıxış edərək aktivinə 1 qızıl və 1 bürünc medal əlavə edib.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrindən Bəhruz Quluzadə (-45 kq) qızıl medal, Cavad Ağayev (-63 kq) isə bürünc medala sahib olub.

Xatırladaq ki, dörd gün ərzində (2-5 noyabr) davam edən Avropa birinciliyi Kipr respublikasının Larnaka şəhəri "Kision Athletic Center" arenasında keçirilib.

Xəbər lenti
0