Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançılarımız üçün ağır sınaq

© AFP 2023 / DIMITAR DILKOFFŞtanq
Ştanq - Sputnik Azərbaycan
Abunə olmaq
100-ə yaxın ağır atlet körpücük üzərində qüvvəsini sınayıb

BAKI, 3 noyabr — Sputnik. Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 4-cü seçmə mərhələsinə Abşeronda start verilib.Federasiyanın mətbuaqt xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, AAAF Park Yaşayış Kompleksinin yarış zalında Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizəyə qoşulublar. 100-ə yaxın ağır atlet körpücük üzərində qüvvəsini sınayıb.

Qeyd edək ki, yarışların keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Xəbər lenti
0