Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanov: "Belə nəticələr nə qədər inam verirsə, o qədər də məsuliyyət verir"

© REUTERS / Susana VeraТренер "Карабаха" Гурбан Гурбанов
Тренер Карабаха Гурбан Гурбанов - Sputnik Azərbaycan
Abunə olmaq
Qurban Qurbanov: "Futbolçularımız bu cür komandaya qarşı sona qədər mübarizə apardılar"

BAKI, 1 noyabr — Sputnik. "Çox ağır oyun oldu. Madriddə bir xal qazansaq da, rəqibin oyununu qeyd etməliyəm. Futbolçularımız bu cür komandaya qarşı sona qədər mübarizə apardılar. İlk dəfədir ki, Çempionlar Liqasının qrupunda çıxış edirik. Futbolçularımızın belə oyunları çox keçirmələrinə ehtiyac var. Sevinirəm ki, komandamızın əziyyəti boşa getmədi”.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyada "Atletiko" ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçından sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis jurnalistlərin digər suallarını da cavablandırıb…

- Pedro Enrikenin qırmızı vərəqə aldığı epizodda hakimin qərarından razı qaldınız?

— Məncə, qərar düzgün idi. Referi haqlı olaraq, həmin vərəqəni göstərdi. Çünki Pedronun ayağı həddindən artıq yuxarı qalxmışdı. Bu mənada, hakimin qərarına etirazım yoxdur.

- Çempionlar Liqasının püşkü atıldıqdan sonra "Qarabağ" qrupda autsayder kimi göstərilirdi. Amma siz 2 xal topladınız. Artıq hədəfinizə çatdığınızı düşünmək olar, yoxsa daha böyük hədəfiniz var?

— Bəli, çox güclü qrupa düşmüşük. Hər bir rəqibimizin qrup lideri olma potensialı var idi. Bizim isə belə oyunları daha çox keçirmək imkanımız olmalıdır. Futbolçularımız bu cür matçlardan zövq almalıdırlar. Amma burada nəticə çox önəmlidir. Şansımız varsa, oyunçularımızı buna hazırlamaq, potensialımızı daha da açmaq niyyətindəyik.

- Dediniz ki, belə komandalarla oyunlar sizin üçün vacibdir. Lakin UEFA başqa cür düşünür və gələn mövsümdən qrup mərhələsinə vəsiqə qaydaları sərtləşdiriləcək. Buna hazırsınız?

— Hazırda belə bir fikir söyləyə bilmərəm. Bəlkə də doğru qərardır. Lakin hər bir komanda bu turnirdə iştirak etdikdən sonra Çempionlar Liqasına olan diqqəti gördükdə yenə iştirak etmək istəyir. Gələcəkdə də iştirak etmək üçün potensialımızı gücləndirməliyik. Amma UEFA nə qərar versə, buna uymalıyıq.

- Qırmızı vərəqə planlarınızı nə dərəcədə pozdu?

— İstər-istəməz belə itkilər olanda planlar pozulur. Zədə olanda əvəzləmə etmək mümkündürsə, qırmızı vərəqədə mümkün deyil. Mən də belə oyunlara hazır oluram. Futbolçular bu cür oyunlarla böyüyürlər. Qırmızı vərəqə futbolçularımıza daha da inam verdi. Düşünürəm ki, belə vərəqələrin komandama xeyri dəydi. Futbolçularımız bir-bir sıradan çıxırlar. Gələcəkdə bu, bizə mənfi təsir edə bilər.

- Xal aldıqca rəqiblərinizin "Qarabağ"a daha da ciddi yanaşacaqlarını düşünmürsünüz?

— Rəqiblər bizə qarşı daha diqqətlə yanaşırlar. Bu da komandamızda gərginliyi artırır.

- Son illər fərdi görüşlərdə "Atletiko"nu çox az komanda üstələyib. "Qarabağ"ın ardıcıl iki mövsüm Çempionlar Liqasının finalında oynamış komandanı fərdi görüşlərdə üstələdiyiniz üçün hansı hissləri keçirirsiniz?

— Futbolda məğlubiyyətin və nəticə əldə etməyin öz məsuliyyəti var. Belə rəqiblərlə nəticə əldə etdikcə məsuliyyətimiz artır, özümüzü rahat hiss etmirik. Əksinə, gözləntilər artır. Belə nəticələr bizə nə qədər inam verirsə, o qədər də məsuliyyət verir. Həddən artıq diqqətli, sadə olmalı və daha çox işləməliyik, nəinki rahat olmaq. Elə etməliyik ki, nəticələrimiz təsadüfi qəbul olunmasın.

- İlk yarıdan sonra gözlənilmədən hesabda irəlidə idiniz. Fasilədə komanda ilə nədən danışdınız?

— Hər hissənin öz analizi var. Biz oyundan əvvəl hər cür hesaba hazır olmalıyıq. Futbolçulara diqqətli olmağı tapşırırıq. Bir də oyunçulara ayrı-ayrılıqda tapşırıq veririk. Amma bunu burda açıqlamaq istəmirəm. Qola kimi hər şey qaydasında idi. Futbolçularımız verilən tapşırıqları yerinə yetirməyə çalışdılar.

- "Qarabağ" büdcə və imkanlarına görə ən sonda olan komandadır. Bu turnirin yekununda xarici klublardan təklif gözləyirsiniz?

— Təklif barədə ümumiyyətlə düşünmürəm. Çünki elə bir komandadayıq ki, olduğum yerdə işimizi daim yaxşılaşdırmalıyıq. İstəmişəm ki, daim məsuliyyətli olub, çox çalışmaqla Azərbaycan futboluna kiçik də olsa, fayda verim.

Xəbər lenti
0