20:12 06 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
37310

Çempionlar Liqasının qrup mərhələsindəki görüşdə "Qarabağ səfərdə "Atletiko" ilə qarşılaşıb

BAKI, 1 noyabr — Sputnik. Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində II dövrəyə start verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, “Qarabağ” səfərdə Madridin “Atletiko” klubu ilə görüşüb. Qarşılaşma yeni inşa olunan “Metroplitano” stadionunda keçirilib.

Birinci hissə qarşılıqlı hücumlar şəraitində keçib. 40-cı dəqiqədə Miçel künc zərbəsindən sonra baş zərbəsi ilə qonaqları irəli çıxarıb — 1:0. İlk yarı bu hesabla bitib.

İkinci hissədə meydan sahibləri hücumların kəsərini artırıblar. 56-cı dəqiqədə Tomas uzaqdan zərbə ilə hesabı bərabərləşdirib — 1:1.

59-cu dəqiqədə Pedro Enrike qırmızı vərəqə ilə meydançadan çıxarılıb və Ağdam təmsilçisi azlıqda qalıb. 88-ci dəqiqədə isə meydan sahiblərinin oyunçusu Saviç ikinci sarı vərəqə alaraq meydançanı tərk edib. Çoxsaylı hücumlara baxmayaraq, "Atletiko" "Qarabağ"ın qapısına yol tapa bilməyib. Oyun bu hesabla başa çatıb — 1:1.

Bu komandalar arasında Bakıda keçirilən görüş 0:0 hesabı ilə bitmişdi.

Əlaqədar

"Atletiko" ilə oyun öncəsi "Qarabağ"a əla motivasiya: sensasiyalı qələbə
Təcrübli məşqçi: "Qarabağ"a mütləq qələbə lazımdır
"Qarabağ"ın adı Kuba ensiklopediyasına salınıb
Tanınmış hakim "Qarabağ"ın verilməyən penaltisindən danışdı

Əsas mövzular