Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Diktator əslində ölməyibmiş, şok foto üzə çıxdı

© Photo : Public domainAdolf Hitler
Adolf Hitler - Sputnik Azərbaycan
Abunə olmaq
Tarixçilər isə hələ də Hitlerin 30 aprel 1945-ci ildə intihar etdiyini bildirirlər

BAKI, 31 oktyabr — Sputnik. Keçmiş prezident Con Kennediyə sui-qəsd hadisəsini araşdıran ABŞ Mərkəzi Kəşfiyyatı 3 minə yaxın gizli sənədi mətbuatla paylaşıb. Sputnik Türkiyə xəbər verir ki, həmin sənədlər arasında bir şəkil olduqca diqqət çəkib. 3 oktyabr 1955-ci ildə Kolumbiyada çəkilən şəkildəki şəxsin Almaniyanın faşist lideri Adolf Hitler olduğu qeyd olunur. Bu barədə MKA-nın həmin dövrdəki agenti  "Cimelody-3" kod adlı şəxs məlumat verib.

Amerikalı agent mərkəzə ötürdüyü məktbuda yazıb:

"Bu adam Hitlerin özüdür ki var. Biz onu gizli izləyirdik. Kolumbiyaya gələn almanlar onun burada olduğu biləndə yanına gəlir və "Fürer" deyə bağıraraq nasist salamı verirdilər. Biz onun tutulub Amerikaya gətirilməsinə çalışdıq. Ancaq təəssüf ki, o artıq özünə saxta pasport hazırlatmışdı. Pasportda onun adı Adolf Şritelmayer olaraq qeyd olunurdu. Bu səbəblə biz onun Hitler olduğunu sübut edə bilmədik".

Tarixçilər isə hələ də Hitlerin 30 aprel 1945-ci ildə intihar etdiyini bildirirlər.

Qeyd edək ki, on illər öncə argentinalı yazıçı Abel Basti də Hitleri Kolumbiyada gördüyünü söyləmişdi ancaq heç kim ona inanmamışdı.

Xəbər lenti
0