16:31 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İDMAN
Qısa URL
121 0 0

Çoxsaylı medal mükafatçısı izləyicilərini vokal qabiliyyəti ilə şoka salıb

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycanlı taekvondoçu Patimat Abakarova bu dəfə səhnəyə idmançı kimi deyil, müğənni kimi çıxıb.

Məşhur fotoqraf Sadiq Quliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onun aparıcısı olduğu "Foto+" verlişinin məqsədi məşhur idmançıları tamaşaçılara başqa ampluadan göstərməkdir ki, onların digər sahələrdəki istedadları da üzə çıxsın.

Quliyevin proqramının yeni formatında o, paparatsi rolunda Abakarovanı çəkmək üçün izləyir. İdmançı tamaşaçıları təəccübləndirmək üçün öz vokal qabiliyyətlərini nümayiş etdirir. O, Kelli Klarksonun məşhur "Because Of You" kompozisiyasını və "VİAQRA" qrupunun "Peremirie" mahnısını oxuyur. Sosial şəbəkədəki izləyiciləri onun ifasını yüksək qiymətləndirirlər. O, gələcəkdə mahnı oxumaqla da məşğul olmaq niyyətindədir.

Qeyd edək ki, Patimat Abakarova Dağıstan əsilli azərbaycanlı taekvondoçudur. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarını bürünc, 2016-cı il Avropa çempionatının gümüş medalçısıdır. O, IV İslam Həmrəyliyi Oyunlarının qızıl, Rio-2016 Olimpiadasının bürünc medalçısı, 2015-ci il Ümumdünya Hərbi Oyunların qalibidir.

Əsas mövzular