Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Taekvondoçularımızın növbəti uğuru

© Sputnik / Rahim MuradovRusiya Federasiyasının Tolyatti şəhərində qızlar və oğlanlar arasında keçirilən “Nepobedimaya derjava” adlı III Taekvondo turnirinə qatılan 6 Lənkəran taekvondoçusu 7 medal qazanıb
Rusiya Federasiyasının Tolyatti şəhərində qızlar və oğlanlar arasında keçirilən “Nepobedimaya derjava” adlı III Taekvondo turnirinə qatılan 6 Lənkəran taekvondoçusu 7 medal qazanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Yarışın elə ilk günü lənkəranlı taekvondoçular üçün uğurlu olub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr – Sputnik. Lənkəran Təhsil İdman Mərkəzinin idmançıları növbəti beynəlxalq turnirdə əla nəticə əldə ediblər. Sputnik Azərbaycan-ın Cənub bürosunun əldə etdiyi məlumata əsasən, Rusiya Federasiyasının Tolyatti şəhərində qızlar və oğlanlar arasında keçirilən “Nepobedimaya derjava” adlı III Taekvondo turnirinə qatılan 6 Lənkəran taekvondoçusu 7 medal qazanıb. 

© Sputnik / Rahim Muradov “Nepobedimaya derjava” adlı III Taekvondo turniri finalçılarının mükafatlandırılması mərasimi
 “Nepobedimaya derjava” adlı III Taekvondo turniri finalçılarının mükafatlandırılması mərasimi - Sputnik Azərbaycan
“Nepobedimaya derjava” adlı III Taekvondo turniri finalçılarının mükafatlandırılması mərasimi

Yarışın elə ilk günü lənkəranlı taekvondoçular üçün uğurlu olub. Belə ki, 2000-2002-ci il təvəllüdlü gənclər arasında keçirilən yarışlarda 55 kq çəki dərəcəsi üzrə Sultan Fərid 1-ci yeri, 48 kq çəki dərəcəsi üzrə Rzazadə Kənan 2-ci yeri, 55 kq çəki dərəcəsi üzrə qızların yarışında Hüseynli Qönçə 2-ci yeri və 59 kq çəki dərəcəsi üzrə Əskərli Bahadır 3-cü yeri tutublar.

Bu gün isə 2000-ci il təvəllüdlü və daha yuxarı yaş qrupları üzrə keçirilən yarışda Bağırlı Samid 1-ci yerə (54 kq), Cavadlı Samir 1-ci yerə (58 kq) və Sultan Fərid 2-ci yerə (54 kq) çıxıblar.

Ümumilikdə Lənkəran Təhsil İdman Mərkəzini təmsil edən taekvondoçular 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. Qeyd edək ki, sözügedən yarış 27-30 oktyabr tarixlərində keçirilir.


Xəbər lenti
0