Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA millinin baş məşqçisi ilə işləməkdən imtina etdi

© AP Photo / Mindaugas KulbisAzərbaycan milli futbol komandasının baş məşqçisi Robert Prosineçki, arxiv şəkli
Azərbaycan milli futbol komandasının baş məşqçisi Robert Prosineçki, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Millimiz Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub

BAKI, 26 oktyabr — Sputnik. Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.

Sputnik Azərbaycan-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə R. Prosineçki ilə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.

AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb. Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. 

Xatırladaq ki, millimiz Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.

Xəbər lenti
0